Son Xəbər: Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub, İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar, Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar, Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto, Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər, Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?, Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar, Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi, Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat, Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq,

Olimpiadaya vəsiqə qazanmaq istəyən 16 güləşçimiz bilindi - ADLAR

Olimpiadaya vəsiqə qazanmaq istəyən 16 güləşçimiz bilindi - ADLAR

Tarix: 11-03-2021, 20:28


18-21 mart tarixlərində Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Avopa Olimpiya Təsnifat turniri ilə Olimpiadaya vəsiqə qazanan 36 güləşçinin adına aydınlıq gələcək.

Hər çəki dərəcəsində iki idmançının (finalçılar) lisenziya qazanacağı yarışda Azərbaycan ümumilikdə 16 güləşçi ilə təmsil olunacaq. Artıq həmin heyətlər bəllidir:

Sərbəst güləş üzrə millimiz: Georgi Edişeraşvili (57 kq), Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq), Əbubəkr Abakarov (86 kq), Cəmaləddin Məhəmmədov (125 kq)

Yunan-Roma güləşi üzrə millimiz: Murad Məmmədov (60 kq), İslambəy Dadov (67 kq), Sənan Süleymanov (77 kq), İslam Abbasov (87 kq), Murad Lokyayev (97 kq), Beka Kandelaki (130 kq)

Qadın güləşi üzrə millimiz: Leyla Qurbanova (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (68 kq), Gözəl Zutova (76 kq).

Qeyd edək ki, sərbəst güləşdə 97 kq çəki dərəcəsində Şərif Şərifov və qadın güləşində 50 kq-da Mariya Stadnik Olimpiadaya vəsiqəni 2019-cu ildə Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilmiş dünya çempionatı zamanı təmin edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR