Son Xəbər: Bu gecə ilk Qədr gecəsidir, “Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN, Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı, Şahmar Hüseynova yeni vəzifə verildi, Bu "Samsung" smartfonlarında süni intellekt olacaq - Bu gündən, Sabah bu rayonda qaz olmayacaq, İcra başçısının qardaşı oğluna HÖKM OXUNDU, Taksilər yalnız bu rənglərdə olacaq - Qərar, Azad Rəhimovun oğlu dindirilib, Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...,

Cüdoçumuzdan qızıl medal

Cüdoçumuzdan qızıl medal

Tarix: 3-04-2021, 22:21


Türkiyənin Antalya şəhərində keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turniri başa çatıb.

Beynəlxalq yarışın son günü də Azərbaycan millisi üçün uğurlu olub.

Cüdoçumuz Zelim Kotsoyev (-100 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb.

1/16 finaldan mübarizəyə başlayan Azərbaycan təmsilçisi Kiril Maret (Fransa), Zlatko Kumriç (Xorvatiya), Kayhan Özçiçək-Takagi (Avstraliya) və Qriqori Minaşkinə (Estoniya) qalib gələrək finala yüksəlib. O, həlledici görüşdə yaponiyalı Aron Vulfu da məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Eyni çəkidə çıxış edən Elmar Qasımov ikinci mərhələdə yarışla vidalaşıb. İsaak Bezzinaya (Malta) qalib gələn cüdoçumuz Kayhan Özçiçək-Takagi (Avstraliya) önündə aciz qalıb.

+100 kq çəkidə qüvvəsini sınayan Uşanqi Kokauri 1/8 finalda Daniel Allerstorfer (Avstriya), ardınca Alişer Yusupovu (Özbəkistan) məğlub edib. Yarımfinalda Hisayoşi Harasavaya (Yaponiya) uduzan cüdoçumuz bürünc medaluğrunda görüşdə Stefan Heqiyə (Avstriya) uduzaraq, 5-ci olub.

Qeyd edək ki, yığmamız yarışın əvvəlki günlərində iki bürünc medal qazanıb. Nicat Şıxəlizadə 66 kq, Murad Fətiyev 81 kq çəkidə fərqlənib. 93 ölkənin cüdoçularının mübarizə apardığı nüfuzlu turnirdə Azərbaycan millisi medalların əyarına görə ümumi hesabda 7-ci, kişilərin yarışında 4-cü yeri tutub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR