Son Xəbər: Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxanın - Fotoları, Türkiyə Livandakı vətəndaşlarına xəbərdarlıq etdi, Qanun Tiflisi AB-dən uzaqlaşdıracaq - Mişel, Brüssel görüşünün təfərrüatları - Ermənistanla bağlı təhlükəli plan - ŞƏRH, Prezidentdən Şuşa ilə bağlı - Sərəncam, Avropa İttifaqından Gürcüstana "xarici agentlər" qanunu barədə 4-cü ÇAĞIRIŞ, Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib, Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb, Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı, Rusiyanın bu vilayətində miqrantlara taksi işləmək qadağan olunur,

Sabah 34 dərəcə isti olacaq

Sabah 34 dərəcə isti olacaq

Tarix: 23-07-2020, 15:20

24 iyulda Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir.  Cənub küləyi əsəcək. 

Milli Hidrometeorologiya Xidmətindən  bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 22-25,  gündüz 29-34, Bakıda  gecə 22-25, gündüz  32-34 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 754  mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.   
Abşeron çimərliklərində cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Türkan, Hövsan, Sahil, Şıxda isə 26-27 dərəcə isti olacaq.
24 iyulda Azərbaycanın rayonlarında bəzi yerlərdə  şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Gündüz tədricən kəsiləcək. Şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 19-24, gündüz 30-34, dağlarda gecə 11-16, gündüz  18-23 dərəcə  isti olacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR