Son Xəbər: Zelenski Çasov Yara getdi, İlham Əliyev 4 kəndi də qaytardı, 109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH, Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT, “Sərxoş idi deyə “prava”m olmasa da, maşını mənə sürdürdü”, Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV, Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq, Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT, Hindistanda dünyanın ən böyük seçkiləri başladı, ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı,

“Android” sistemi ilə təchiz edilməyən ilk “Huawei” smartfonu ilin sonunadək buraxılacaq

“Android” sistemi ilə təchiz edilməyən ilk “Huawei” smartfonu ilin sonunadək buraxılacaq

Tarix: 24-08-2020, 10:45


“Google” əməliyyat sistemi ilə təchiz edilməyən ilk “Huawei” smartfonu ilin sonunadək buraxılacaq. Bu barədə “Global Times” nəşrinə şirkət rəhbərinə yaxın analitik Ma Tszihua bildirib. Onun sözlərinə görə, qurğu “Android” əvəzinə, “Huawei” şirkətinin istehsalı olan “HarmonyOS” əməliyyat sistemi ilə təchiz olunacaq.
Ekspert “HarmonyOS” sistemli ilk smartfon haqqında ətraflı məlumatın sentyabrın 10-12-də keçiriləcək “HDC 2020” tərtibatçılar konfransında veriləcəyini gözləyir. Bundan başqa, konfransda “Android 11” əsaslı “EMUI 11” interfeysi təqdim ediləcək və “HongmengOS 2.0” (HarmonyOS Çində belə adlanır) sisteminin imkanları barədə məlumat veriləcək. Yeni əməliyyat sistemi smartfonlarla yanaşı, “ağıllı” saat və bilərziklərlə, eləcə də avtomobil sistemləri və kompüterlərlə uyğunluq təşkil edəcək.
Texnologiyanı təsvir edən “Huawei” istehlak biznesinin rəhbəri Riçard Yu qeyd edib ki, “HarmonyOS” analoqlarından etibarlıdır, çünki onun mikronüvəsi kənar servislərindən qorunur, resursları daha səmərəli paylayır və ümumilikdə “Android” sistemindən fərqli olaraq daha sürətli işləyir.

“Huawei” şirkəti “HarmonyOS” sisteminin hazırlanmasını ötən il ABŞ hakimiyyəti tərəfindən tətbiq edilən sanksiyalar səbəbindən yerli şirkətlərlə əməkdaşlıq imkanından məhrum olduqdan sonra aktivləşdirib. Ötən həftə Çin şirkətinə “Android” yeniləmələrini birbaşa “Google”dan almaq hüququ verən müvəqqəti lisenziyanın qüvvədə olma müddəti başa çatıb. Buna baxmayaraq “Huawei” həm buraxılan, həm də gələcək qurğuların dəstəklənməsini davam etdirəcək.
“HarmonyOS” 2019-cu ilin avqustunda “Android”dən daha sürətli və təhlükəsiz əməliyyat sistemi kimi təqdim edilib. O, “ağıllı” dinamiklərdən tutmuş, qoşulmuş sensorlara qədər geniş qurğuları əhatə edir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR