Son Xəbər: Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub, İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar, Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar, Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto, Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər, Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?, Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar, Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi, Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat, Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq,

Sabahın havası: Yağış, şimşək, dolu

Sabahın havası: Yağış, şimşək, dolu

Tarix: 8-09-2020, 14:02


Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 27-29, Bakıda gecə 20-22, gündüz 27-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.  

Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

Sentyabrın 9-da rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi  gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-22, gündüz 29-34, dağlarda gecə 11-16, gündüz  20-25 dərəcə isti olacaq.  

Sentyabrın 9-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR