Son Xəbər: ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır, Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək, Əli Əsədov yeni qərar imzaladı, Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO, Rusiyanın buğda ixracında KƏSKİN AZALMA – Ölkəmizdə unun qiyməti BAHALAŞACAQ?, Dövlət başçısı: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik, Laçın sərhəd-buraxılış məntəqəsinin birinci ildönümü – tarixi proseslər necə başladı? - ŞƏRH, Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar, Körpələr evindəki yeyinti - Cinayət işi AÇILDI, İlham Əliyev Zelenskini COP29-a dəvət edib,

ETSN-dən xəbərdarlıq: Leysan olacaq, qar yağacaq

ETSN-dən xəbərdarlıq: Leysan olacaq, qar yağacaq

Tarix: 10-11-2020, 14:05

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, noyabrın 11-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.
Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.  
Havanın temperaturu Abşeron yarımadasında gecə 8-10, gündüz 12-14, 
Bakıda gecə 8-10, gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 767 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq.  
Noyabrın 11-də Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-9, gündüz 12-16, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz  3-7 dərəcə isti olacaq.   
Noyabrın 11-i gündüzdən 13-dək bəzi yerlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Şimal və şərq rayonlarında leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. 
Noyabrın 11-i gündüzdən 13-dək  Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var.
Tibbi-meteoroloji proqnoza görə, noyabrın 11-12-də Abşeron yarımadasında mülayim xəzri küləyi və iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, havada rütubətin bir qədər çox olacağı gözlənilir ki, bu da bəzi insanlarda narahatlıq yarada bilər. 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR