Son Xəbər: Bağça müdiri olmaq istəyənlər imtahan verəcək, Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI, Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir, Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM, Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi, Şəhidimizin bacısına yüksək vəzifə VERİLDİ, Kosova Avropa Şurasına üzv olur, Ramazanın 18-ci gününün DUASI, Vardanyan Bakı ilə İrəvan arasında sülh sazişini pozub, Vatsapa yeni funksiya gəldi,

Hava kəskin dəyişir - XƏBƏRDARLIQ

Hava kəskin dəyişir - XƏBƏRDARLIQ

Tarix: 13-11-2020, 14:59


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində hava şəraitinin pisləşəcəyi barədə xəbərdarlıq edib.

Xidmətdən verilən xəbərə görə, noyabrın 15-i axşamdan 18-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Noyabrın 15-i axşam şərq rayonlarında, 16-sı axşamdan isə əksər rayonlarda arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.  

Havanın temperaturu tədricən 5-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı istisna olunmur.

Qeyri-sabit hava şəraiti ikinci ongünlüyün sonunadək davam edəcək.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR