Son Xəbər: Yüksək səs-küy, musiqi, vibrasiya: yaşayış binalarında narazılıq yaradan obyektlərlə necə mübarizə aparılmalıdır? - ARAŞDIRMA, Prezident 2 fərman imzaladı, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ilk hərrac keçiriləcək, Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilib, Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB, İsrail ordusu "Hizbullah"ın hərbi obyektlərinə hava və artilleriya zərbələri endirib, Natəmizlikdən yaranan ADƏT – Avropalıların iyunda evlənmək vərdişinin İNANILMAZ SƏBƏBİ, Şimali Makedoniyada prezident seçkiləri keçirilir, Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar, İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar,

Sabahın havası: Yağış, qar yağacaq

Sabahın havası: Yağış, qar yağacaq

Tarix: 28-11-2020, 13:00


Sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, noyabrın 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. 
Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 10-13, Bakıda gecə 7-9, gündüz 11-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 770 mm civə sütununa enəcək, nisbi rütubət  65-75 faiz olacaq.  
Noyabrın 29-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən başlayaraq bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.   
Tibbi-meteoroloji proqnozlara görə isə noyabrın 29-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR