Son Xəbər: Suriya XİN: SDQ ilə atəşkəs razılaşmasının müddəti uzadılmayıb - YENİLƏNİB, 2025-ci ildə Azərbaycanda tanınan xarici məhkəmələrin qətnamələrinin faizi məlum olub, ABŞ İran neftini daşıyan “kölgə donanma”sına sanksiyalar tətbiq edib, Alyaskada Şimali Amerikanın ən böyük quruda qazma qurğularından biri aşıb, Güləş üzrə ölkə çempionatı Gəncədə keçiriləcək, Zelenski: Rusiya gecə ərzində Ukraynaya qarşı 370-dən çox dron və 20 raket istifadə edib, Ümumi təhsil müəssisələrində qış tətilinin vaxtı açıqlanıb, Mikayıl Cabbarov: "İnklüziv təhsil ekosistemi iqtisadi model üçün əsas təməldir", Azərbaycan Premyer Liqası: Bu gün daha iki görüş baş tutacaq, ABŞ ərəb ölkələrini İranı cilovlamağa çağırır,

Bu gün Yel çərşənbəsidir

Bu gün Yel çərşənbəsidir

Tarix: 9-03-2021, 08:17


Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur.

Yel çərşənbəsində əsən isti küləklər yazın gəlişindən xəbər verir. Bu, Novruz bayramı ərəfəsində keçirilən üçüncü çərşənbədir. Bu çərşənbə xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə”, “Külək çərşənbəsi” kimi də tanınır.

Yel çərşənbəsi günü evlərdə yenə də bütün çərşənbələrdə olduğu kimi qazanlar qaynamalıdır. Hamı evində olmalı və birlikdə süfrə başına yığışmalıdırlar. Stolun üzərində şirniyyatların olması bütün ilin şirin keçməsinin əsas göstəricisi hesab olunur.

Bu çərşənbə ilə bağlı illərin sınağından çıxaraq bu günümüzə qədər yaşamış və özünü doğrultmuş xalq hikmətləri, atalar sözləri var: “Yel əsməyincə yarpaq tərpənməz”, “Yelin zarafatı qovmaqla başlanır”, “Yelə verdiyin düşmənə qismət olar”, “Yel apardığını qaytarmaz”, “Yellə dost olan yellənə-yellənə qalar”, “Yel bağlayanı el açar”, “Yeldən aman diləməzlər”, “Külək kimi hərdən bir yana əsmə”, “Küləkli havada dənizdə çimməzlər”, “Kələknən gələn, küləknən gedər”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR