Son Xəbər: Həmid Nurinin oğlu da İsveçdə həbs edildi, Kreml Puqaçova ilə bağlı açıqlama yaydı, “Wall Street Journal” Rusiyada həbs olunan jurnalisti üçün BOŞ MANŞET ATIR, Milli Məclisin növbəti iclasının TARİXİ, Ermənistan "odla oynayır" - Rusiyanın cavabı sərt ola bilər - ŞƏRH, “AvtoVAZ” Azərbaycanda “Lada”nın yığılmasına başlayıb, Rusiya bu il Ukraynada nə qədər ərazini ələ keçirib?, “Crocus City Hall” terrorunda yaralananların sayı artdı, Qvardiola "Mançester Siti"dən ayrılmaq istəyir, İran bu ölkələri Xəzərə buraxmaq istəmir,

Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

Tarix: 5-10-2021, 08:17

Azərbaycanın Xalq artisti Vaqif Şərifov vəfat edib.

Bu barədə “Qafqazinfo”ya məlumatı Gəncə Dövlət Dram Teatrının Ədəbi-hissə müdiri, teatrşünas Anar Burcəliyev verib.

Onun sözlərinə görə, teatr rejissoru Vaqif Şərifov oktyabrın 5-i səhərə yaxın dünyasını dəyişib.

Xatırladaq ki, V.Şərifov bir neçə gün öncə ürəyində yaranan problemlərə görə xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, Vaqif Şərifov 1943-cü ildə Gəncədə anadan olub. Müxtəlif illərdə Nazim Hikmətin “Demoklsın qılıncı”, Hüseyn Cavidin “Maral”, Cəfər Cabbarlının “Almaz”, “Yaşar”, Elçinin “Qatil”,  Süleyman Sani Axundovun “Eşq və intiqam”, İsmayıl Şıxlının “Dəli Kür” və s. pyeslərə quruluşlar verib. V.Şərifov 2014-cü ildə Xalq artisti fəxri adına layiq görülmüşdü.

Allah rəhmət eləsin!




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR