Son Xəbər: Bu "Samsung" smartfonlarında süni intellekt olacaq - Bu gündən, Sabah bu rayonda qaz olmayacaq, İcra başçısının qardaşı oğluna HÖKM OXUNDU, Taksilər yalnız bu rənglərdə olacaq - Qərar, Azad Rəhimovun oğlu dindirilib, Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş..., AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq, Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ, “Bununla bağlı qərarda Putinin rəyi rəhbər tutulacaq”, Bağça müdiri olmaq istəyənlər imtahan verəcək,

Məleykə Əsədova VİDEOsunu montaj edib paylaşanlara od püskürdü

Məleykə Əsədova VİDEOsunu montaj edib paylaşanlara od püskürdü

Tarix: 2-11-2021, 16:31


"Hər kəs səhifəsində nə paylaşırsa, bu onun tərbiyəsi, iç dünyasıdır”.

Mediabiz.az bildirir ki, bunu Xalq artisti Məleykə Əsədova "7 Canlı" proqramında dediyi şeirin montaj edilməsindən danışarkən deyib. O, görüntüləri paylaşan sosial şəbəkə səhifələrinə, saytlara müraciət edir.

"Bir insan haqqında nəsə bilməj istəyirsinizsə, səhifəsindəki paylaşımlara baxın və biləcəksiniz ki, o insan özüdür, savadsızlığını, ailə tərbiyəsini paylaşır! O saxta videonu paylaşanlar çox gözəl bilirdilər ki, video montajdır, bəs niyə o tərbiyəsizliyə dəstək oldunuz? Səhifənizdə reytinqiniz qalxdı, yaxşı bəs, həyatda addımladığınız yolda vicdanınız, ruhunuz rahatladımı? Savadınız artdımı? Pul qazananda əqidənizi itirməyin! Təbii ki, varsa”, - deyə aktrisa əlavə edib.

Qeyd edək ki, M.Əsədova görüntüdə Bəxtiyar Vahabzadənin "Kimdir mənim düşmənim?" şeirini səsləndirib. Lakin videoda "yox" sözündən sonrakı səslər montaj edilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR