Son Xəbər: Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar, Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi, Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat, Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq, Azərbaycanda mayın 1-dən balıq ovu qadağan edilir, ABŞ institutu: Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir, Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA, Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB, Azərbaycanda yeni kollec yaradıldı,

Sabah ilin son Ay tutulması olacaq

Sabah ilin son Ay tutulması olacaq

Tarix: 18-11-2021, 17:29

Sabah bu ilin sonuncu Ay tutulması hadisəsi baş verəcək.

Bu haqda Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, bu təbiət hadisəsi zamanı Ayın bir hissəsi Yerin kölgə konusundan (Umbra) keçəcək ki, bu cür tutulmaya qismən Ay tutulması deyilir.

Tutulma hadisəsi Bakı vaxtı ilə saat 11:18:41-də başlayacaq, saat 14:47:04-də isə başa çatacaq. Ümumlikdə 2 saat 28 dəqiqə davam edəcək tutulmanın maksimumu saat 13:02:55-də olacaq.

Qeyd edək ki, Ay tutulması Amerika, Şimali Avropa, Şərqi Asiya, Sakit okean və Avstraliyada müşahidə olunacaq. Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə bu təbiət fenomeni Azərbaycanda müşahidə olunmayacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR