Son Xəbər: Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək, Bu gecə ilk Qədr gecəsidir, “Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN, Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı, Şahmar Hüseynova yeni vəzifə verildi, Bu "Samsung" smartfonlarında süni intellekt olacaq - Bu gündən, Sabah bu rayonda qaz olmayacaq, İcra başçısının qardaşı oğluna HÖKM OXUNDU, Taksilər yalnız bu rənglərdə olacaq - Qərar, Azad Rəhimovun oğlu dindirilib,

Sabah Bakıda yağış yağacaq

Sabah Bakıda yağış yağacaq

Tarix: 1-12-2021, 13:58


Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-12° isti, Bakıda gecə 7-9° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Gecə və səhər saatlarında duman olacaq. Arabir güclənən qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR