Son Xəbər: Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq, Azərbaycanda mayın 1-dən balıq ovu qadağan edilir, ABŞ institutu: Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir, Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA, Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB, Azərbaycanda yeni kollec yaradıldı, Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi, Sabah dörd rayonda təbii qaz kəsiləcək, İkibaşlı oyunun ACI SONLUĞU – Ermənistan “minalanmış sahə”dən sağ çıxa BİLƏCƏKMİ?,

Həkim Bəhram Bağırzadənin vəziyyətindən danışdı

Həkim Bəhram Bağırzadənin vəziyyətindən danışdı

Tarix: 15-07-2020, 16:51

"Bəhram Bağırzadə son iki gündə süni tənəffüs aparatından tamamilə ayrılmış vəziyyətdədir. Bu gün üçün ümumi vəziyyəti qənaətbəxşdir”.

Bunu Oxu.Az-a açıqlamasında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin "Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi Rəşad Mahmudov deyib.
Onun sözlərinə görə, Bəhram Bağırzadə ağır və çətin günləri yavaş-yavaş da olsa, geridə qoyub:

"Heç kəsin ümidi olmadığı halda, müalicə davam etdirildi. Müəyyən müddət ECMO cihazına qoşulu vəziyyətdə qaldı. İki gündür ki, süni tənəffüs aparatından da ayrılmış vəziyyətdə müalicəsinə davam edir. 

Bəhram Bağırzadə realibitasiya prosesini keçir. Tibbi nöqteyi-nəzərdən zəruri olan göstəricilər tamamilə stabilləşdikdən sonra qısa müddətdə normal palataya köçürülməsi gözlənilir.

Analizlərin nəticələri əsasında deyə bilərəm ki, orqanizmin ümumi göstəriciləri norma çərçivəsindədir. O, artıq danışa bilir. Tam ayılandan sonra istədiyi kimi daha da rahat danışacaq. Lakin uzun müddət reanimasiyada, dərin koma vəziyyətində qaldığı üçün orqanizmin fiziki olaraq özünü bərpa etməsinə zaman tələb olunur. Ümid edirik ki, Bəhram Bağırzadə problemsiz şəkildə yaxın günlərdə sevdikləri ilə görüşə biləcək”.

Xatırladaq ki, əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci ildə Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Əməkdar artist B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR