Son Xəbər: IMF hələ də FED-in monetar siyasətini yumşaldacağını gözləyir, Qarabağ Universiteti üçün vakant yerlər AÇILACAQ, DİN-dən bank kartları ilə bağlı XƏBƏRDARLIQ, “Qırmızı Meydan” ziyarətçilər üçün bağlandı, “Semka” da həbs edildi, KTMT-nin Baş katibi: Ermənistan təşkilatda fəaliyyət dairəsini xeyli azaldıb, Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - Foto, Otuzdan çox həmkarını İrana qarşı sanksiyalara çağırdı, Putinə Rusiya prezidentinin vəsiqəsi təqdim edildi - Fotolar, Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - SƏRƏNCAM,

“Acınız acımızdır...” – Türkiyəli məşhurlar Azərbaycan şəhidlərini andı

“Acınız acımızdır...” – Türkiyəli məşhurlar Azərbaycan şəhidlərini andı

Tarix: 16-07-2020, 12:42

Azərbaycan-Ermənistan sərhədində baş verən qarşıdurma ilə əlaqədar Azərbaycana dəstək verənlər arsında Türkiyənin tanınmış simalarıda yer alıb.

Mediabiz.az xəbər verir ki, əsgərlərimizin şəhid olması ilə bağlı Azərbaycana baş sağlığı verəntürkiyəli məşhurlar sosial şəbəkədə çox kədərləndiklərini bildiriblər.

Məşhur müğənni Gülben Ergen sosial media hesabında paylaşdığı postla bizə dəstəyini hiss etdirib. “Acınız acımızdır” sözlərini yazan ifaçı foto ilə yanaşı video da paylaşıb.

Türkiyənin məşhur aparıcısı Ece Erken şəxsi “Instagram” səhifəsində Azərbaycan bayrağı paylaşaraq “Şəhidlər bizimdə şəhidlərimizdir. Millətcə başımız sağ olsun” sözlərini yazıb.

"Alişan" olaraq tanınan türkiyəli məşhur müğənni Serkan Burak Tektaş özünün "İnstagram" səhifəsində paylaşım edib. "Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Can Azərbaycan" deyən ifaçı şəhid generalımız Polad Həşimovu da yad edib:
"Nə şah adam imişsən, nə gözəl ürəyin var imiş... Məkanın Cənnət olsun, nur içində yatasan".

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Hazırda həmin istiqamətdə döyüşlər davam edir.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR