Son Xəbər: Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB, İsrail ordusu "Hizbullah"ın hərbi obyektlərinə hava və artilleriya zərbələri endirib, Natəmizlikdən yaranan ADƏT – Avropalıların iyunda evlənmək vərdişinin İNANILMAZ SƏBƏBİ, Şimali Makedoniyada prezident seçkiləri keçirilir, Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar, İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar, Bakıdakı o görüşün hakimləri cəzalandırıldı - Video, ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır, Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək, Əli Əsədov yeni qərar imzaladı,

Bəhram Bağırzadənin vəziyyəti orta-ağır olaraq qalır - AÇIQLAMA

Bəhram Bağırzadənin vəziyyəti orta-ağır olaraq qalır - AÇIQLAMA

Tarix: 21-07-2020, 17:52


“Bəhram Bağırzadənin ümumi vəziyyəti orta-ağır olaraq qalır”.

Bunu Oxu.Az-a açıqlamasında Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.

O bildirib ki, Əməkdar artist son bir həftə ərzində aktiv hərəkət edir, gəzir, danışır:

“Huşu aydındır. Son həftə ərzində spontan tənəffüsdədir. Fəaldır. Palatada və reanimasiya şöbəsinin dəhlizində gəzir.

Ötən gün axşam saatlarında bizi narahat edən məqam bədən hərarətinin artması olub. Bunu nəzərə alaraq, aparılan müalicəyə müəyyən əlavələr edilib”.

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin müalicəsi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR