Son Xəbər: Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ, “Bununla bağlı qərarda Putinin rəyi rəhbər tutulacaq”, Bağça müdiri olmaq istəyənlər imtahan verəcək, Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI, Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir, Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM, Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi, Şəhidimizin bacısına yüksək vəzifə VERİLDİ, Kosova Avropa Şurasına üzv olur, Ramazanın 18-ci gününün DUASI,

Prezident İlham Əliyev Cibutinin dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev Cibutinin dövlət başçısını təbrik edib

Tarix: 15-04-2021, 22:30




Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cibuti Respublikasının Prezidenti İsmail Ömər Gellehə təbrik məktubu ünvanlayıb.

"Hörmətli cənab Prezident,

Cibuti Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Cibutini ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. Sizin Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana səfərinizi, Sizinlə görüşümüzü xoş təəssüratlarla xatırlayıram.

Əminəm ki, Azərbaycan-Cibuti əlaqələrinin daha da genişləndirilməsi, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq təsisatlar çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Cibuti xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR