Son Xəbər: ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir, UEFA “Barselona” klubunu cərimələyib, ABŞ İrana qarşı sanksiyaları genişləndirib, Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH, “İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim, “İrəvandan aydın reaksiya gözləyirik”, Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var, Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq, Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV, Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam,

Bakıda “MilliÖN” terminallarında yeni əsginaslarla ödəniş prosesi yekunlaşdı

Bakıda “MilliÖN” terminallarında yeni əsginaslarla ödəniş prosesi yekunlaşdı

Tarix: 16-04-2021, 16:12


Son günlər ödəniş terminallarının dövriyyəyə buraxılmış yeni əsginasları qəbul etməməsi ilə bağlı istifadəçilərin qarşılaşdığı çətinliklər mətbuatda öz əksini tapır.

Məlumat üçün bildirmək istəyirik ki, əhalinin rahatlığı və maliyyə xidmətlərinin hər kəs üçün əlçatan olması yönündə daim fəaliyyət göstərən “Komtec” şirkəti “MilliÖN” terminallarında yeni əsginasların qəbulu üçün işlərini dayanmadan davam etdirir.

Əhalinin daha sıx yaşadığı bölgələrdə bu proses artıq tamamlanıb və Bakı, Sumqayıt və Abşeron rayon ərazisində bütün “MilliÖN” terminallarında yeni əsginaslarla ödəniş etmək mümkündür. Digər rayonlarımızda isə proses davam etdirilir və bəzi rayonlarda tam, bəzilərində isə qismən tamamlanıb.

Prosesin qısa zamanda tam olaraq bitirilməsi planlaşdırılır. “MilliÖN” markası bazarda ən çox tanınan ödəniş brendi olduğu üçün bəzi hallarda digər terminallarda yaranan çatışmamazlıqlar “MilliÖN” terminalları ilə assosasiya olunur.

“Milli ödəmə nöqtəsi” devizi altında öz fəaliyyətini genişləndirən “MilliÖN” ödəmə terminalları şəbəkəsinin operatoru olan “Komtec” şirkəti əhalinin ödəniş xidmətlərinə əlçatanlığını daha da artırmaq məqsədi ilə günü gündən bütün rayon və kəndlərdə təmsil olunmağı prioritet istiqamət olaraq müəyyən edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR