Son Xəbər: Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR, “Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb, KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb, ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir, UEFA “Barselona” klubunu cərimələyib, ABŞ İrana qarşı sanksiyaları genişləndirib, Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH, “İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim, “İrəvandan aydın reaksiya gözləyirik”, Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var,

Bu şəxslərin kvota ilə işə qəbuluna elektron qaydada nəzarət ediləcək

Bu şəxslərin kvota ilə işə qəbuluna elektron qaydada nəzarət ediləcək

Tarix: 8-11-2019, 14:29

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yeni yaradılan "Məşğulluq" alt sistemi vasitəsilə müəssisələrdə müəyyən kateqoriyalı şəxslərin işə götürülməsi üçün ayrılan kvotaya nəzarəti elektron qaydada həyata keçirəcək".
Medibiz.Az Trend-ə istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, mövcud qanunvericiliyə əsasən, xüsusi qayğıya ehtiyacı olan şəxslərin, xüsusilə əlilliyi olan şəxslərin işə qəbulu kvota əsasında həyata keçirilir. Bu kvota müəssisələrdəki iş yerlərinin 5 faizi həcmində müəyyən edilib:
"Yerli məşğulluq xidməti tərəfindən yerlərdə məşğulluq proqramları həyata keçirilir. Həmin proqramlarda bu kvotaya aid olan müəssisələrin siyahısı müəyyən olunur və kvota əsasında şəxslərin işə qəbulu aparılır. Biz deyə bilərik ki, bu sahədə işlər aparılır və ciddi problem yoxdur" .
A.Əliyev əlavə edib ki, həm "Məşğulluq haqqında" qanunda, həm də ƏƏSMN-nin "Məşğulluq" alt sistemində işəgötürənlər üçün ona təklif olunan namizədlərin məcburi qaydada işə qəbul olunması ilə bağlı heç bir mexanizm yoxdur: "Söhbət ondan gedir ki, istənilən işaxtaran şəxslə bağlı məlumat işəgötürənlərin şəxsi kabinetinə göndərilir. Amma işəgötürən namizədi bəyəndiyi təqdirdə göndərişi təsdiq edir, yəni bununla bağlı bir məhdudiyyət yoxdur".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR