Son Xəbər: “Semka” da həbs edildi, KTMT-nin Baş katibi: Ermənistan təşkilatda fəaliyyət dairəsini xeyli azaldıb, Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - Foto, Otuzdan çox həmkarını İrana qarşı sanksiyalara çağırdı, Putinə Rusiya prezidentinin vəsiqəsi təqdim edildi - Fotolar, Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - SƏRƏNCAM, İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib, Paşinyan Putinin andiçməsinə gedəcək?, Tanınmış rusiyalı müxalif yazar həbs olundu, “Müğənnilər qadağan olunmuş əzalarını göstərirlər” - Xalq artisti,

Kəmaləddin Heydərovdan Formula 1 ilə bağlı ƏMR

Kəmaləddin Heydərovdan Formula 1 ilə bağlı ƏMR

Tarix: 3-06-2021, 15:16


İyunun 4-6-da Bakı şəhərində keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi ilə bağlı Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejiminə keçib.

Bununla bağlı Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrə əsasən, yarışın keçiriləcəyi ərazilərdə aidiyyəti təhlükəsizlik tədbirlərinə riayət olunmasının yoxlanılmasının təşkili, habelə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.

Bu çərçivədə, yarışın keçiriləcəyi trek və onun ətrafındakı küçələrdə nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət nəzərə alınaraq, şəhərin mərkəzi hissəsində baş verə biləcək hər hansı fövqəladə hadisənin qarşısının çevik və effektiv alınmasının təmin edilməsi məqsədilə həmin ərazilərdə Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qəza-xilasetmə qurumlarının müvafiq şəxsi heyət və texnikasının növbətçiliyi təşkil olunub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR