Son Xəbər: İddiaçılar Turniri: Nicat Abasov bu gün Hindistan şahmatçısı ilə qarşılaşacaq, Quterreşdən Azərbaycan və Ermənistana - Çağırış, Zelenski Çasov Yara getdi, İlham Əliyev 4 kəndi də qaytardı, 109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH, Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT, “Sərxoş idi deyə “prava”m olmasa da, maşını mənə sürdürdü”, Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV, Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq, Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT,

Sabah yağış yağacaq

Sabah yağış yağacaq

Tarix: 5-06-2021, 13:47

Azərbaycanda iyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə iyunun 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

Arabir güclənın şimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 25-28,
Bakıda gecə 18-20, gündüz 26-28 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 759 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyunun 6-da gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.  

İyunun 6-da Azərbaycanın rayonlarında əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-21, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq.






RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR