Son Xəbər: Avropa çempionatı: Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq, Günün qoroskopu: İdeyaları yeniləyin, amma hisslərlə oynamayın, Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub, İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar, Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar, Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto, Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər, Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?, Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar, Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi,

Azərbaycanda pensiya yaşının aşağı salınması təklif edilir

Azərbaycanda pensiya yaşının aşağı salınması təklif edilir

Tarix: 11-06-2021, 13:20



“Azərbaycanda orta ömür çox aşağıdır. Ona görə də pensiya yaşını aşağı salmaq lazımdır”.

Bu fikirləri Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik layihəsinin II oxunuşda müzakirəsi zamanı deyib.

“Mən keçən iclas zamanı bir neçə məsələyə toxundum. Amma təəssüflər olsun ki, suallarıma cavab ala bilmədim. İndi vətəndaş II, III qrup pensiya almaq üçün orqanizminin neçə faizini itirməlidir? Buna cavab verilsin. Deputatlar bu qanuna səs verəcəklər. Sonra gedəcəklər öz seçicilərinin yanına. Seçiciləri də deyəcək ki, siz nəyə səs vermisiniz? Ona görə də müvafiq nazirlik bu faizlərə aydınlıq gətirməlidir. Mən bu məsələlərə aydınlıq gətirilmədən bu qanunun lehinə səs verə bilmərəm”, - deputat vurğulayıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR