Son Xəbər: ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir, UEFA “Barselona” klubunu cərimələyib, ABŞ İrana qarşı sanksiyaları genişləndirib, Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH, “İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim, “İrəvandan aydın reaksiya gözləyirik”, Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var, Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq, Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV, Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam,

14 yaşlı Nihadı kriminal aləm üzvləri döyərək öldürüb?

14 yaşlı Nihadı kriminal aləm üzvləri döyərək öldürüb?

Tarix: 6-07-2021, 17:45

İyunun 15-də Ağsu rayonunda döyülən və 5 gün sonra xəstəxanada vəfat edən 14 yaşlı Nihad Məmişovun ölümü ilə bağlı bir nəfər tutulsa da, onu 6 nəfərin döyərək öldürdüyü iddia olunur.
Mərhum N. Məmişovun babası Atamoğlan Məmişov "Qafqazinfo”ya müraciət edərək bildirib ki, nəvəsini rayon sakinləri olan K. Anar, M. Məhəmməd, K. Ülvi, F. Səyyad, M. Cabir və A. Yunis qəbiristanlıqda amansızlıqla döyüb:

"Həmin şəxslər kriminal aləm üzvləri kimi yetkinlik yaşına çatmayanlardan və gənclərdən "haqq” tələb edirlər. Nihaddan da pul verməsini tələb ediblər, lakin o razılaşmayıb. Buna görə onu aparıb döyüblər.

Onlardan bir neçəsi Nihadın qollarını tutub, onun qollarında dırnaq izləri də var. Daha sonra beşbarmaqla başından vurublar. Hadisənin şahidləri, keçmiş polis əməkdaşı Eyvaz və rayon sakini Türkan adlı şəxs də onların 6 nəfər olduğunu deyiblər. Amma polis və prokurorluğun istintaq orqanının əməkdaşları şahidlərə təzyiq edərək ifadələrini dəyişdirməsini tələb edirlər”.

N.Məmişovun babası qeyd edir ki, Nihadı döyərək öldürən şəxslər ondan yaşca çox böyükdülər: "İlk olaraq Cabir ona zəng edib deyib ki, gəl, səninlə danışmalıyıq. Nihad da evdə heç kimə demədən onların çağırdığı yerə gedib. Hadisədən əvvəl həmin qəbiristanlığın yanında yaşayan keçmiş polis əməkdaşı Eyvaz Nihadı və Cabiri saat 19:00 radələrində bir yerdə görüb. Eyvazın dediyinə görə, uşaqların arxasınca 3 nəfər də gedirmiş. İstintaq zamanı polis idarəsinin müstəntiqi İlqar Əhədov hadisənin şahidi olan Türkanın üzərinə qışqıraraq "Sən onlarla üzləşə bilərsən? Yaxşı fikirləş” deyib onu hədələyib. Mən Bakıya prokurorluğa hadisə şahidlərini gətirdim. Hamısı da ifadəsində dedi ki, həmin dəstə Nihadı döyərək öldürüb. 


Hadisədən sonra saxlanılan şəxslər Ağsu RPŞ-nin həyətində

Nəvəmə qarşı cinayət törədən dəstə uşaqları hədələyib onlardan pul alır. İlk döyülən şəxs mənim nəvəm deyil. Ondan əvvəl də neçə azyaşlıya hədə-qorxu gəliblər. Nəvəmin başından beşbarmaqla o qədər zərbələr endiriblər ki, beyninə qansızma verib, meyitin baş hissəsi qapqara idi. Bunu rayon xəstəxanasındakı Şamil və Arif adlı həkimlər də təsdiqləyiblər”.

A.Məmişov qeyd edib ki, istintaq düzgün aparılmayıb və N.Məmişovun ölümündə əli olan digər şəxslər məsuliyyətdən kənarda saxlanılır: "Nihad idmançı idi, 182 santimetr boyu vardı. Amma tutulan Cabir Müseyibov 130 sm hündürlükdədir, özü də xəstə uşaqdır. O necə təkbaşına həm Nihadın qollarını tutub, həm də başından zərbələr endirə bilərdi? Bu qeyri-mümkün bir şeydir. İstintaqın tərəf tutaraq aparılması mənim özümü qatilə çevirə bilər.”

Qeyd edək ki, mərhum Nihadın atası Vüqar Məmişov Ağsu polis şöbəsinin əməkdaşıdır.

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, Məmişov Nihad Vüqar oğlu aldığı yumruq zərbələrindən kəllə-beyin travmaları alıb, beyninə qan sızıb: "Nəticədə koma vəziyyətinə düşüb. 16 iyun Neyro Cərrahiyyə Xəstəxanasından təxliyyə edilib. 20 iyunda vətəndaş müalicə aldığı xəstəxanada ölüb. Həmin tarixdən etibarən cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə istintaqın davam etdirilməsi məqsədi ilə Ağsu Rayon Prokurorluğuna göndərilib. Təqsirləndirilən şəxs Müseyibov Cabir Namiq oğlu barədə yenidən ittiham başlayıb. Hazırda faktla bağlı istintaq davam edir”.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR