Son Xəbər: İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar, Bakıdakı o görüşün hakimləri cəzalandırıldı - Video, ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır, Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək, Əli Əsədov yeni qərar imzaladı, Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO, Rusiyanın buğda ixracında KƏSKİN AZALMA – Ölkəmizdə unun qiyməti BAHALAŞACAQ?, Dövlət başçısı: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik, Laçın sərhəd-buraxılış məntəqəsinin birinci ildönümü – tarixi proseslər necə başladı? - ŞƏRH, Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar,

Moskvanın etirafı: Rusiya geri addım atır? - TƏHLİL

Moskvanın etirafı: Rusiya geri addım atır? - TƏHLİL

Tarix: 23-07-2021, 09:03


“Rusiya Ermənistanla Azərbaycan arasında danışıqların başlamasına Avropa İttifaqının yardım etmək istəyini alqışlayır”.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov iyulun 21-də jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə dörə, Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında əldə edilən üçtərəfli razılaşmanın reallaşması prosesi pis getməsə də, Moskva əlavə vasitəçinin səylərinə qarşı deyil.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aqil Abbas “Cümhuriyət” qəzetinə bildirib ki, Qarabağın taleyini Azərbaycan özü həll edəcək:

“Demək olar ki, həll edib. Sadəcə, bir-iki xırda məsələ qalıb. Onu da həll edəcək. ATƏT bir iş görmədi. Avropa İttifaqı da getsin öz işinin dalınca. Bizim daxili problemimizin onlara nə dəxli?”

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu isə deyib ki, Rusiya artıq bu prosesi təkbaşına sülhlə sonlandırmaq iqtidarına malik olmadığını dərk edir.

Peskovun çıxışının məcburiyyətdən irəli gəldiyini vurğulayan partiya sədri qeyd edib ki, bu addım Azərbaycanın xarici siyasətinin uğuru kimi qiymətləndirilməlidir:

“Bu çıxışın Prerzident İlham Əliyevin Moskvaya səfərindən sonra edilməsi də təsadüfi deyil. Bu, bir növ Moskvanın etirafıdır”.

“Avropa İttifaqı ilə Rusiyanın Qarabağda maraqları üst-üstə düşəcəkmi” sualına gəlincə, partiya sədri bildirib ki, Ukrayna və Gürcüstan məsələlərində, o cümlədən Rusiyanın müxalifət lideri Navalnının zəhərlənməsi mövzusunda Aİ ilə Moskvanın kəskin münasibətləri olduqca çətin bir prosesin getdiyi dövrdə onların maraqlarının uzlaşacağı görsənmir:

“Hər iki oyunçu regionda öz maraqlarını qoruyub saxlamağa çalışır, əsas vasitəçi rolunu ələ almaq uğrunda savaş aparılır. Amma bölgədə son sözü qələbəni təmin etmiş dövlət deyəcək. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması məqsədilə imzalanmış 10 noyabr Bəyanatı maddələrinin təmin olunması istiqamətində Rusiya və Avropa İttifaqının ata biləcəyi paralel addımlar sayəsində onlar arasındakı soyuq buzlar əriyə bilər”.

Ağasif Şakiroğlu qeyd edib ki, Aİ Kremllə əməkdaşlıq edərkən Azərbaycanın prinsipial mövqeyini nəzərə almalı, Xankəndində fəaliyyətdə olan xunta rejiminin tərki-silah edilməsinə yardım etməli, Araik Arutyunyanı Azərbaycana təhvil verməli, Xankəndi, Xocavənd Azərbaycan Ordusunun tam nəzarətinə keçməli, rus qoşunları isə bölgəni müqavilə şərtlərinə uyğun olaraq tərk etməlidir:

“Bununla da Azərbaycan-Ermənistan arasında Avropa İttifaqı və Rusiyanın da iştirakı ilə sülh sazişi imzalana, bu proses də bir çox beynəlxalq oyunçuların maraqlarına xidmət etmiş ola bilər. Sadəcə, prosesi düzgün qiymətləndirmək lazımdır”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR