Son Xəbər: Aslan Aslanov təltif olundu - FOTO, MİDA-nın vəzifəli şəxsi vəfat etdi, Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək, Bu gecə ilk Qədr gecəsidir, “Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN, Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı, Şahmar Hüseynova yeni vəzifə verildi, Bu "Samsung" smartfonlarında süni intellekt olacaq - Bu gündən, Sabah bu rayonda qaz olmayacaq, İcra başçısının qardaşı oğluna HÖKM OXUNDU,

TƏBİB rəsmisi xəstəxanaların fəaliyyətini tənqid etdi

TƏBİB rəsmisi xəstəxanaların fəaliyyətini tənqid etdi

Tarix: 30-07-2021, 17:25


"Əgər Azərbaycanda fəaliyyət göstərən xəstəxanalarda əvvəldən infeksiyaya nəzarət proqramları olsaydı, bəlkə də koronavirus bu qədər təsiredici olmayacaqdı. Çünki koronavirus hava-damcı yolu ilə yoluxan xəstəlikdir”.

Bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, öncədən hava-damcı yolu ilə keçən xəstəliklərdə izolyasiya qaydaları tətbiq edilsəydi, bəlkə də mövcud proqramda çox da dəyişiklik olmayacaqdı: "Pandemiya böyük təkan verdi ki, proqramda ciddi dəyişikliklər edilsin. Artıq xəstəxanalarda ən azından içəri daxil olan və ya çıxan xəstələrə qarşı ilkin izolyasiya tədbiri tətbiq edilir. Amma əvvəl bunu bu dərəcədə düşünmürdük. İndi bu məsələyə ciddi yanaşılır”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR