Son Xəbər: “Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN, Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı, Şahmar Hüseynova yeni vəzifə verildi, Bu "Samsung" smartfonlarında süni intellekt olacaq - Bu gündən, Sabah bu rayonda qaz olmayacaq, İcra başçısının qardaşı oğluna HÖKM OXUNDU, Taksilər yalnız bu rənglərdə olacaq - Qərar, Azad Rəhimovun oğlu dindirilib, Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş..., AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq,

“Delta Plus” ştammı uşaqlarda da aşkarlandı - VİDEO

“Delta Plus” ştammı uşaqlarda da aşkarlandı - VİDEO

Tarix: 30-07-2021, 23:44


İlk dəfə Hindistanda aşkarlanan, artıq dünyanın 96 ölkəsində qeydə alınan “Delta” və “Delta plus” ştammları ölkəmizdə də sürətlə yayılmağa davam edir.

Artıq bu bəlaya uşaqlarda da rast gəlinir. Professor Adil Qeybullanın sözlərinə görə, 12-20 yaş aralığında olan şəxslər xəstəliyi daha öncə əlamətsiz keçirirdisə, indi virusun konkret əlamətləri müşahidə olunur.

Nəzərə alsaq ki, hazırda koronavirusa qarşı vaksinasiya prosesi 18 yaşından yuxarı insanlarda aparılır.

İnfeksionist Nicat Əzimli məsələ ilə bağlı bildirib ki, uşaqları ictimai yerlərdən mümkün qədər uzaq tutmaq və digər insanlarla təmasını minimuma endirmək hazırda görülə biləcək ən yaxşı tədbirdir.

Qeyd edək ki, alimlərin açıqlamasına görə, “Delta” ştammının inkubasiya dövrü digər viruslarla müqayisədə daha azdır. Yəni bu xəstəliyin uşaqlar arasında yayılması daha yüksəkdir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR