Son Xəbər: Zelenski Çasov Yara getdi, İlham Əliyev 4 kəndi də qaytardı, 109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH, Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT, “Sərxoş idi deyə “prava”m olmasa da, maşını mənə sürdürdü”, Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV, Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq, Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT, Hindistanda dünyanın ən böyük seçkiləri başladı, ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı,

Bakı Dövlət Sirki bərbad haldadır - FOTO

Bakı Dövlət Sirki bərbad haldadır - FOTO

Tarix: 11-11-2019, 12:46

Bakı Dövlət Sirki bərbad haldadır - FOTO


Bakı Dövlət Sirki bərbad vəziyyətdədir.
Bu barədə fotoları sosial şəbəkədə jurnalist Ülviyyə İsmayılova paylaşıb.
O bildirib ki, binadakı oturacaqlar istifadəyə yararlı deyil:
"Zalda havalandırma sistemi yoxdur. Buranın təhlükəsizlik sistemi haqqında danışmağa belə dəyməz. Tualet isə daha bərbaddır".
Qeyd edək ki, bir müddət əvvəl Mədəniyyət naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirmişdi ki, Bakı Dövlət Sirkinin hazırkı binası kifayət qədər məhdud bir ərazidə yerləşir:
"Azərbaycanda yeni sirk binasının tikintisi ilə bağlı layihələr hazırlayırıq. Ümumilikdə, yeni sirk binası inşa olunacaq. Köhnə sirkin binası isə əyləncə, şou və istirahət mərkəzi kimi fəaliyyət göstərəcək".
Məsələ barədə Bakı Dövlət Sirkinin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətovla əlaqə saxladıq.
M.Hümbətov Oxu.Az-a açıqlamasında bildirib ki, sirkin yenidən təmir edilməsi, müasir tələblərə cavab verən səviyyə gətirilməsi texniki baxımdan həddindən artıq çətindir:
"Bu, lazım olduğundan artıq xərclər tələb edir. Bakı Dövlət Sirki 1967-ci ildən istifadəyə verilmiş binadır. Avadanlıqların çoxunu bərpa etmək mümkün deyil. Bina tamamilə sökülməli və yenisi tikilməlidir. Bu istiqamətdə də dövlət səviyyəsində işlər gedir".
Mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, sirkin binası şəhərin görkəminə, quruluşuna görə öz yerində deyil:
"İctimai nəqliyyatın sıx hərəkət etdiyi yerdən kənardır. Ora tamaşaya gələnlərin gözləməsi üçün yaxınlıqda da elə bir istirahət yeri yoxdur. Müasir görkəmli sirkin tikintisi üçün müəyyən tələblər var.
Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə yeni binanın tikintisi üçün bir neçə ölkədən mütəxəssislər dəvət edilib. Layihədə bütün problemlər nəzərə alınacaq".
Xatırladaq ki, Bakı Dövlət Sirkinin hazırkı binası 1967-ci ildə istifadəyə verilib. Həmin binanın memarları İsmayılov və Leontyev olub.
Bakı Dövlət Sirki bərbad haldadır - FOTOBakı Dövlət Sirki bərbad haldadır - FOTO




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR