Son Xəbər: “Bununla bağlı qərarda Putinin rəyi rəhbər tutulacaq”, Bağça müdiri olmaq istəyənlər imtahan verəcək, Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI, Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir, Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM, Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi, Şəhidimizin bacısına yüksək vəzifə VERİLDİ, Kosova Avropa Şurasına üzv olur, Ramazanın 18-ci gününün DUASI, Vardanyan Bakı ilə İrəvan arasında sülh sazişini pozub,

Gələn il qrantlara 400 milyondan çox vəsait ayrılacaq

Gələn il qrantlara 400 milyondan çox vəsait ayrılacaq

Tarix: 11-11-2019, 12:22

Gələn ilin dövlət büdcəsində "Qrantlar və digər ödənişlər” bölməsinə 409,4 mln. manat məbləğində vəsait nəzərdə tutulub.

Mediabiz.az APA-ya istinadən xəbər verir ki, bu, Hesablama Palatasının "2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Bu, cəmi büdcə xərclərinin 1,5%-ə bərabərdir. Bölmə üzrə vəsaitin 96,9%-i isə rezidentlərə, 3,1%-i qeyri-rezidentlərə verilən qrantlar və digər ödənişlərin payına düşür.

Hesablama Palatası nəzərə çatdırıb ki, qeyri-rezidentlərə verilən qrantlar və digər ödənişlərə proqnozlaşdırılmış 12,6 mln. manat məbləğində vəsaitin 95,2%-i "Ümumi dövlət xidmətləri” bölməsindən xarici dövlətlərə verilən qrantların və digər ödənişlərin maliyyələşdirilməsi məqsədilə Maliyyə Nazirliyinə ayrılıb. Qeyri-rezidentlərə nəzərdə tutulmuş cəmi vəsaitin 4,8%-i də həmin Maliyyə Nazirliyinə beynəlxalq təşkilatlara qrantların verilməsi üçün "İqtisadi fəaliyyət” bölməsində nəzərdə tutulub.

Rezidentlərə qrantlar və digər ödənişlərlə bağlı vəsaitin 394,1 mln. manatı Naxçıvan Muxtar Respublikasına dotasiya və yerli büdcələrə verilən dotasiya və subvensiya üzrə, 2,7 mln. manat məbləğində vəsait isə tam məbləğdə "Təhsil” bölməsində təhsil sahəsinə aid edilən digər müəssisə və tədbirlər çərçivəsində proqnozlaşdırılıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR