Son Xəbər: TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİB, Paşinyan: İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər, Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb, İddiaçılar Turniri: Nicat Abasov bu gün Hindistan şahmatçısı ilə qarşılaşacaq, Quterreşdən Azərbaycan və Ermənistana - Çağırış, Zelenski Çasov Yara getdi, İlham Əliyev 4 kəndi də qaytardı, 109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH, Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT, “Sərxoş idi deyə “prava”m olmasa da, maşını mənə sürdürdü”,

Hindistan, Çin və Rusiya xüsusi ödəniş sistemi yaradacaq

Hindistan, Çin və Rusiya xüsusi ödəniş sistemi yaradacaq

Tarix: 14-11-2019, 17:50

Hindistan, Çin və Rusiya ABŞ tərəfindən sanksiyaların daha da artması ehtimalı qarşısında öz aralarında ticarət əlaqələrini sadələşdirmək üçün SWIFT-ə alternativ olan xüsusi ödəniş sistemi yaratmağı nəzərdə tutur.

"Report” "The Economic Times”ə istinadən xəbər verir ki, Rusiyanın SPFS (Sistema Peredachi Finansovıkh Soobsheniy - Maliyyə Məlumatların Ötürmə Sistemi) həmin daxili ödəniş sistemi ilə Çinin CBİBPS (Cross-Border İnter-Bank Payment System) ödəniş sistemi, həmçinin Hindistanın hələlik hazırlanma mərhələsində olan bənzər sistemi birləşdirilməklə Rusiya Mərkəzi Bankı tərəfindən idarə olunacaq vahid sistem yaradılacaq. Həmin üçtərəfli sistem hər üç ölkənin yerli maliyyə qaydalarına uyğun olaraq, ödənişlərin elektron ismarışların mübadiləsi əsasında fəaliyyət göstərəcək.

Yeni sistemin yaradılması hazırda Braziliada keçirilən BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) zirvə görüşündə müzakirə oluna bilər. Belə ki, adıçəkilən təşkilatın üzv ölkələri milli valyutalarla ticarət əlaqələrini genişləndirməyə səy göstərir.

Hazırda Rusiyanın SPFS ödəniş sistemilə iki xarici bank – Belarusun "Belgazprombank” və Qazaxıstanın Avrasiya Bankı çalışır, daha səkkiz xarici bankla müvafiq müqavilə imzalanıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR