Son Xəbər: Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub, İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar, Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar, Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto, Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər, Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?, Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar, Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi, Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat, Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq,

Litva Prezidenti 2 rus casusu əfv etdi

Litva Prezidenti 2 rus casusu əfv etdi

Tarix: 15-11-2019, 16:50

Litva Prezidenti Qitanas Nauseda rəsmi Moskvanın xeyrinə casusluq etdiklərinə görə həbs olunan Rusiya vətəndaşları Nikolay Filipçenko ilə Serqey Moissenkonu əfv edib.

Bu barədə Litva Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Onlar cəzalarnın qalan hissəsini çəkməkdən azad olunublar. Eyni zamanda, Rusiya səfirliyi hələlik əfv barədə rəsmi bildiriş almayıb.

Qeyd edək ki, ötən həftə Litva parlamenti Cinayət Məcəlləsinə məhkumların casusluğa görə digər dövlətlərlə mübadiləsini nəzərdə tutan dəyişikliyə səs verib.
Bu məqamda bildirək ki, N. Filipçenko 2015-ci ildə Kalininqrad vilayətindən Belarusa gedən tranzit qatarda saxlanılıb. O, litvalılarla işə qəbul üçün bir neçə görüş keçirən mütəşəkkil dəstənin tərkibində çıxış edib. Vilnüs məhkəməsi 2017-ci ilin avqustunda onu 10 il həbs cəzasına məhkum edib.

Rusiyalı Moiseenko və Litva vətəndaşı Sergey Puşin 2014-cü ildə casusluqda ittiham edilib. Müstəntiqlərin fikrincə, litvalı gizli məlumatları Rusiya kəşfiyyatının xeyrinə toplayıb, sonra onu Moiseenkoya ötürüb.

Puşin Litva Müdafiə Nazirliyinin gizli sənədlərinin surətlərini ələ keçirməkdə, Moiseenko isə qanunsuz silah və partlayıcı maddə saxlamaqda ittiham olunub. 2017-ci ilin fevralında litvalı 5 il, rus isə 10,5 il müddətinə azadlıqdan məhrum edilib.("Qafqazinfo”)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR