Son Xəbər: Türkiyə XİN: Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir, Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək, TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİB, Paşinyan: İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər, Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb, İddiaçılar Turniri: Nicat Abasov bu gün Hindistan şahmatçısı ilə qarşılaşacaq, Quterreşdən Azərbaycan və Ermənistana - Çağırış, Zelenski Çasov Yara getdi, İlham Əliyev 4 kəndi də qaytardı, 109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH,

Əhaliyə şad xəbər: Bu xidmət də “ASAN xidmət”ə verilir - ÖZƏL

Əhaliyə şad xəbər: Bu xidmət də “ASAN xidmət”ə verilir - ÖZƏL

Tarix: 16-11-2019, 10:24

“İstilik şəbəkələrinə qoşulma və istilik enerjiindən istifadə üçün texniki şərtlərin verilməsi qaydaları” “ASAN xidmət”ə verilir. 
Bunu Oxu.Az-a açıqlamasında “Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyev bildirib.
Onun sözlərinə görə, yaxın gələcəkdə texniki şərtlərin “ASAN xidmət”ə verilməsi nəzərdə tutulur:

“Hazırda bu istiqamətdə işlər aparılır. Bununla bağlı bir sıra texniki məsələlər həll edilməlidir. Əməkdaşlarımızın orada yerləşdirilməsi, onların müqaviləsi və başqa məsələlər həll olunmalıdır. Daha sonra bu şərtlər “ASAN xidmət”ə veriləcək”.
İ.Mirzəliyev bildirib ki, il ərzində texniki şərtlərlə bağlı “Azəristiliktəchizat” ASC-yə müraciətlərin sayı çox az olur, bu rəqəm 10-12-dir.
Sədr müavini binalara isti su təchizatının verilməsindən də danışıb:
“Bu, çox böyük bir məsələdir. Biz bu gün 300-ə yaxın binanı artıq isti su ilə təmin edirik. Binalara isti su təhcizatının verilməsi üçün qazanxalarda əlavə güc yaradılmalıdır, isti suyun daşınmasına görə xətlər çəkilməlidir. Bunlar texniki cəhətdən mümkündür, sadəcə, vəsaitlə bağlı məsələlər həll edilməlidir”.
İ.Mirzəliyev qeyd edib ki, binalarda isti su təchizatı 3-5 il sonra mümkün ola bilər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR