Son Xəbər: Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək, TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİB, Paşinyan: İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər, Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb, İddiaçılar Turniri: Nicat Abasov bu gün Hindistan şahmatçısı ilə qarşılaşacaq, Quterreşdən Azərbaycan və Ermənistana - Çağırış, Zelenski Çasov Yara getdi, İlham Əliyev 4 kəndi də qaytardı, 109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH, Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT,

Toyunda kütləvi zəhərlənmə olan bəy danışdı: “Həyat yoldaşımın vəziyyəti pisdir”

Toyunda kütləvi zəhərlənmə olan bəy danışdı: “Həyat yoldaşımın vəziyyəti pisdir”

Tarix: 18-11-2019, 13:47

Bakıda "Şahənşah” restoranında baş vermiş zəhərlənmə ilə bağlı bəzi təfərrüat məlum olub 

Toyu olan Elvin Şəmsəddin oğlu Məhəmmədov Oxu.Az-a bildirib ki, toyda 50 nəfərə yaxın adam zəhərlənib:
"Toydan sonra bizimlə əlaqə saxlayan qohumlar özlərini yaxşı hiss etmədiklərini bildirdilər. Daha sonra xəstəxanada olduqlarını eşitdik. Hamısının da qidadan zəhərləndikləri deyilir. Toydan sonra həyat yoldaşımın, mənim və ailə üzvlərimin də vəziyyəti çox ağırdır. Həyat yoldaşım hələ də özünə gəlməyib.”

E.Məhəmmədov onu da bildirib ki, qohumlardan hələ də xəstəxanada yatanlar var: 
"Ən çox uşaqlara görə narahat olmuşuq. Dörd yaşlı qızın vəziyyəti daha ağır olub. Dostlarım da özlərini pis hiss edir. Restorandan bizə deyirlər ki, "bizdə qidadan zəhərlənmə ola bilməz.” Gəlinin anası və bacısı hələ də qızdırma içindədir. Qohumlarım üçün çox narahatam.”

Qeyd edək ki, toy noyarın 13-ü "Şahənşah” şadlıq sarayında keçirilib. Toydan sonra qonaqlarda mədə pozuntusu, qızdırma, ishal və qusma halı baş verib. Zəhərlənənlər arasında uşaqlar da olub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR