Son Xəbər: Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?, Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar, Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi, Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat, Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq, Azərbaycanda mayın 1-dən balıq ovu qadağan edilir, ABŞ institutu: Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir, Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA, Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB,

Tələbə köçürülməsinin nəticələri AÇIQLANDI

Tələbə köçürülməsinin nəticələri AÇIQLANDI

Tarix: 11-09-2020, 18:57

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə və təhsilalma formasının dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə nəticələr məlum olub.
 
Təhsil Nazirliyindən  verilən məlumata görə, transfer.edu.az portalı vasitəsi ilə ali təhsil müəssisələrindən köçürülmək üçün ümumilikdə 1070 nəfər müraciət edib. Onlardan 782 nəfərinin müraciəti müsbət cavablandırılıb.
 
Ali təhsil müəssisələrindən köçürülməsinə icazə verilən 710 nəfərdən 671 nəfərini bakalavriatura, 39 nəfərini isə xarici ali təhsil müəssisələrindən köçürülənlər təşkil edir.
 
Orta ixtisas təhsili müəssisələrindən köçürülmək üçün müraciət edən 92 nəfərdən 72-nin müraciətinə müsbət cavab verilib.
 
Transfer.edu.az portalı 2016-cı ildə tələbələrin köçürülmə prosesinin sadələşdirilməsi məqsədi ilə istifadəyə verilib.
 
 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR