Son Xəbər: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO, Rusiyanın buğda ixracında KƏSKİN AZALMA – Ölkəmizdə unun qiyməti BAHALAŞACAQ?, Dövlət başçısı: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik, Laçın sərhəd-buraxılış məntəqəsinin birinci ildönümü – tarixi proseslər necə başladı? - ŞƏRH, Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar, Körpələr evindəki yeyinti - Cinayət işi AÇILDI, İlham Əliyev Zelenskini COP29-a dəvət edib, Deputatlar 18 məsələni müzakirə edir, Günə 60 BOŞANMA - Mediasiya Şurası yollarını ayıranları BARIŞDIRA bilirmi?, Naxçıvanda müəllimlər qarşılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər,

DİN-dən paytaxtda baş verən ağır qəzalarla bağlı – Açıqlama

DİN-dən paytaxtda baş verən ağır qəzalarla bağlı – Açıqlama

Tarix: 12-09-2020, 13:09

Daxili İşlər Nazirliyi ötən gün paytaxtda baş verən yol-nəqliyyat hadisələri barədə məlumat yayıb.

Mediabiz.az xəbər verir ki, sentyabrın 11-də saat 6 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Şərur rayon sakini R.Məmmədov idarə etdiyi “Mercedes Vito” markalı avtomobili yolun kənarında dayanmış Bakı şəhər sakini V.Muradova məxsus “Mercedes” markalı yük avtomobilinə vurub.

Nəticədə R.Məmmədovun sərnişini, Tovuz rayon sakini Eyvaz Abdullayev hadisə yerində ölüb, özü və digər 4 sərnişini xəstəxanaya yerləşdiriliblər.
Bundan başqa, sentyabrın 11-də saat 17 radələrində, Binəqədi qəsəbəsi ərazisində qəsəbə sakini Z.İsrafilov idarə etdiyi “MAN” markalı avtomobillə yolu keçən Biləcəri qəsəbə sakini Fuad Ağayevi vurub.

Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Həmin gün saat 23 radələrində Nizami rayonu ərazisində Bakı şəhər sakini O.Həsənov idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən 30-35 yaşlarında kişini vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Bütün faktlarla bağlı araşdırma aparılır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR