Son Xəbər: Quterreşdən Azərbaycan və Ermənistana - Çağırış, Zelenski Çasov Yara getdi, İlham Əliyev 4 kəndi də qaytardı, 109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH, Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT, “Sərxoş idi deyə “prava”m olmasa da, maşını mənə sürdürdü”, Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV, Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq, Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT, Hindistanda dünyanın ən böyük seçkiləri başladı,

Bu gündən Bakı metrosu açılır

Bu gündən Bakı metrosu açılır

Tarix: 14-09-2020, 08:48


Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq bu gün saat 06:00-dan Bakı Metropoliteninin sərnişindaşıma fəaliyyəti bərpa edilir.

2020-ci il sentyabrın 30-dək şənbə və bazar günləri ictimai nəqliyyat fəaliyyət göstərmədiyinə görə sentyabrın 19-u saat 00:00-dan sentyabrın 21-i saat 06:00-dək və sentyabrın 26-sı saat 00:00-dan sentyabrın 28-i saat 06:00-dək metropolitenin sərnişindaşıma fəaliyyəti də dayandırılır.

“İctimai nəqliyyatda koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”ə uyğun olaraq koronavirus infeksiyasının yayılmasına yol verilməməsi, sərnişinlərin sağlamlığının qorunması məqsədilə metropoliten ərazisində müvafiq tədbirlər görülüb.

Mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq və virusa yeni yoluxma hallarına yol verməmək üçün vətəndaşlardan mövcud karantin rejiminin tələblərinə və tibbi-profilaktik qaydalara əməl etmək xahiş olunur




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR