Son Xəbər: Zelenski Çasov Yara getdi, İlham Əliyev 4 kəndi də qaytardı, 109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH, Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT, “Sərxoş idi deyə “prava”m olmasa da, maşını mənə sürdürdü”, Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV, Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq, Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT, Hindistanda dünyanın ən böyük seçkiləri başladı, ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı,

Abıyeva qısqanclıq zəmnində güllələnib öldürüldü

Abıyeva qısqanclıq zəmnində güllələnib öldürüldü

Tarix: 14-09-2020, 11:43

Sentyabrın 13-ü saat 10 radələrində Lənkəran rayonu, Balıqçılar qəsəbə sakini 1981-ci il təvəllüdlü Günay Abıyevanın odlu silahla qətlə yetirilən meyitinin yaşadığı evdə aşkar edilməsi barədə rayon prokurorluğuna  məlumat daxil olub.

Bu barədə Unikal.org-a Lənkəran Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib və digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. 
İstintaqla zərərçəkmişin əri, 1984-cü il təvəllüdlü Mais Abıyevin qısqanclıq zəmnində aralarında yaranmış münaqişə zamanı ov tüfəngindən atəş açaraq Günay Abıyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 
Mais Abıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR