Son Xəbər: Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar, Körpələr evindəki yeyinti - Cinayət işi AÇILDI, İlham Əliyev Zelenskini COP29-a dəvət edib, Deputatlar 18 məsələni müzakirə edir, Günə 60 BOŞANMA - Mediasiya Şurası yollarını ayıranları BARIŞDIRA bilirmi?, Naxçıvanda müəllimlər qarşılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər, Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır, “Heydər Əliyev əlindən gələni əsirgəmirdi” - Putin, Zelenski Baydenlə Ukraynaya hərbi yardımı müzakirə edib, İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM,

Rəsmi Ankara Ermənistanı “ən böyük əngəl” adlandırdı

Rəsmi Ankara Ermənistanı “ən böyük əngəl” adlandırdı

Tarix: 16-09-2020, 18:44

“Ermənistan özünün təcavüzkar siyasəti ilə regionda sabitliyin qarşısında ən böyük əngəldir”.
Bunu “Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri” adlı vebinarda Türkiyə Xarici İşlər nazirinin müavini Yavuz Selim Kıran deyib.
O bildirib ki, Ermənistan daxildəki problemlərdən diqqət yayındırır, beynəlxalq hüququ pozur.
Onun sözlərinə görə, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqa uyğun həllinə dəstəyini davam etdirir.
“Ermənistan qoşunları dərhal Azərbaycanın işğal altındakı torpaqlarından çıxarılmalıdır”, - deyə nazir müavini qeyd edib.
O bildirib ki, Türkiyə Azərbaycanın ATƏT-in Minsk Qrupundan narazılıqlarını da paylaşır.  
Y.S.Kıran bu ilin iyulunda Ermənistanın Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində təxribatlarından da danışıb.
“Tovuz döyüşləri Ermənistanın bir daha təcavüzkar siyasətinin göstəricisidir”, - deyə o bildirib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR