Son Xəbər: Sabah bu rayonda qaz olmayacaq, İcra başçısının qardaşı oğluna HÖKM OXUNDU, Taksilər yalnız bu rənglərdə olacaq - Qərar, Azad Rəhimovun oğlu dindirilib, Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş..., AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq, Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ, “Bununla bağlı qərarda Putinin rəyi rəhbər tutulacaq”, Bağça müdiri olmaq istəyənlər imtahan verəcək, Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI,

Fəzail Ağamalıdan Ramiz Mehdiyevi müdafiə edən professora cavab: - “Nə oldu, hamı natəmiz oldu, Solmaz xanım təmiz?”

Fəzail Ağamalıdan Ramiz Mehdiyevi müdafiə edən professora cavab: - “Nə oldu, hamı natəmiz oldu, Solmaz xanım təmiz?”

Tarix: 16-09-2020, 19:02

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsinin toy qalmaqalı səngiyən ərəfədə özləri tərəfindən yenidən gündəmə gətirilib.

Belə ki, AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, professor Solmaz Rüstəmova-Tohidinin Akademiyanın saytında yayımlanan yeni məqaləsində “akademik toy” yenidən gündəmə gətirilib və Ramiz Mehdiyev yazıda birbaşa müdafiə olunub.

Yazıda diqqətçəkən məqamlardan biri də Solmaz Rüstəmova-Tohidinin Ramiz Mehdiyevi tənqid edənlərə qarşı ittihamıdır:“Hücumçular” sanki unudurlar ki, akademik Ramiz Mehdiyev bu gün Azərbaycan Milli Elmlər Akademiyasının prezidentidir, on mindən artıq əməkdaşı olan ali elmi müəssisəsinin rəhbəridir və onun ünvanına deyilən təhqir və təhdidlər istər-istəməz akademiyanın hər bir əməkdaşında xoşagəlməz hislər oyadır.

Bütün bu olaylarda yeganə sakitləşdirici hal əsl alimlərin (elmi dərəcəsi olan deputatlar və digərləri nəzərdə tutulmur) bu “toy əhvalatının” doğurduğu miskin tamaşada iştirak etməməsidir. Mümkündür ki, Akademiya kollektivinin bu ümumi sükutu içində kimlərsə müşahidəçi mövqe tutaraq bu işlərin nə ilə bitəcəyini gözləyir.

Amma mən əminəm ki, Elmlər Akademiyasının çoxsaylı kollektivi Ramiz Mehdiyevlə bağlı bu kampaniyanın gedişində respublikada yeganə ali fundamental akademik elm ocağının da ən natəmiz niyyətlərlə haqsız tənqid və əsassız ittihamlara məruz qalmasından olduqca narahatdır”.

Göründüyü kimi, yazıda yenidən akademikin son davranşlarına etiraz eədnlər təhdid olunub.

Ümumiyyətlə, hadisələrin səngidiyi, toyun unudulmağa getdiyi bir dönəmdə bu yazı nəyə xidmət edir? Ramiz Mehdiyev indi də “qalaqurma” edir? Yəni Ramiz Mehdiyev yeni müdafiəçilərini danışdırmağa başlayır, özünün tək olmadığını, bütövlükdə AMEA-nın onu müdafiə etdiyini göstərmək istəyir?

Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı Cebhe.info-ya açıqlamasında deyib ki, bu şəxslərin arxasında Ramiz Mehdiyev dayanır:

“Mən şəxsən onu tanımıram. Ola bilsin ki, xidmətləri var, amma adı mənə tanış deyil. Tarixçi olsaydı, yəqin ki, bilərdim. Görünən odur ki, o, indiyə qədər peşəkar imzası ilə tanınır. Azərbaycanın taleyüklü məsələləri ilə bağlı alim, ziyalı kimi sözünü demədiyinə görə imzası tanınmır. Yaxşı olardı ki, bu fəallığını Azərbaycan dövlətinin, xalqının taleyüklü məsələlərində də göstərərdi, yazı yazıb, imza qoyardı.

Ən azı, işğal olunmuş torpaqlarımızın azad olunması ilə bağlı uzun illərdən bəri Azərbaycan xalqının həm də informasiya məkanında aparmış olduğu mücalidədə öz sözünü desəydi, imzası tanına bilərdi. Bu gün əgər bu fikirləri ifadə edibsə, bu, onun şəxsi, subyektiv mövqeyidir. Özünü təmiz çıxarıb başqasına çirkab yaxmaq heç də ziyalıya üstünlük, hörmət gətirən keyfiyyət deyil. Məsələ bundadır ki, Azərbaycan demokratik ölkədir, söz, mətbuat azadlığı var. Hər kəsin fikrini azad şəkildə ifadə etmək hüququ var.

Bu baxımdan, Ramiz Mehdiyevin ətrafında gedən qalmaqallı toy söhbətindən sonra müxtəlif rəylər, fikirlər səsləndirildi. Onların içərisində bu xanımın dediyi kimi, çirkaba bulaşmış, o məqsədə xidmət edən insanları görmədim. O cür insanları da tanımıram. Tam əminəm ki, belə insanlar da yoxdur. Onların içərisində millət vəkilləri, tanınmış jurnalistlər, ən müxtəlif sahələrdə fəaliyyət göstərən, cəmiyyətdə kifayət qədər nüfuzu olan söz sahibləri, ictimai xadimlər, yazarlar, alimlər var idi. Nə oldu, Solmaz xanım təmiz oldu, bunların hamısı natəmiz oldu?

Bu cür yanaşmanın özü ziyalıya yaraşan kefiyyət deyil. Ona görə də daha dərinə getmədən, dediklərimi təkrar etmədən demək istəyirəm ki, Ramiz Mehdiyev indi də bu cür akademiklərin, alimlərin arxasında dayanaraq yenə də özünün kin-küdurətini cəmiyyətə təqdim etməkdədir. Hər halda arzuolunan hal deyil.

Artıq deyilən deyilib, hər kəs özü üçün nəticə çıxarmalıdır. Özünə, keçmişinə ciddi şəkildə baxıb, onu götür-qoy etməlidir. Elə etməlidir ki, bundan sonra həyatını bu cür tənqidlərlə, iradlarla yaşamasın. Artıq ən müxtəlif səpkili məlumat gedir, şərhlər verilir. Hətta ciddi materiallar sosial şəbəkələrə qoyulur”.

F.Ağamalı bildirib ki, deyilən fikirlərin Akademiyaya qarşı olduğu nəticəsini çıxarmaq doğru deyil:

“Qətiyyən belə deyil. Mən özüm də dəfələrlə fikrimi söyləyərkən demişəm ki, AMEA Azərbaycan elminin məbədidir, bura uzun illər boyu Azərbaycan elminə xidmət edib, elmə nəhəng şəxslər bəxş edib. Çox təəssüf ki, indi o ənənə qırılıb, yoxdur. Bu baxımdan, deyilən o iradları da qəbul etmirəm. Bir nəfərin üzərinə gedən tənqidi fikirləri ümumiləşdirib AMEA-nın, orada çalışan ziyalıların adına ünvanlamağın özü də tamamilə haqsız və ədalətsiz yanaşmadır”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR