Son Xəbər: Hindistanda dünyanın ən böyük seçkiləri başladı, ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı, Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR, “Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb, KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb, ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir, UEFA “Barselona” klubunu cərimələyib, ABŞ İrana qarşı sanksiyaları genişləndirib, Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH, “İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim,

Nikol Paşinyanın havadarlıq etdiyi şirkət erməni əsgərlərini necə zəhərləyir... - “Nuş olsun!”

Nikol Paşinyanın havadarlıq etdiyi şirkət erməni əsgərlərini necə zəhərləyir... - “Nuş olsun!”

Tarix: 21-09-2020, 10:08

Ermənistanın baş naziri Nikol Paşinyan ilə əlaqələndirilən şirkət erməni ordusunu zəhərli qida ilə “təmin edir”. Bunun nəticəsidir ki, 32 əsgər həmin qidalardan zəhərlənib.
Görünür, qanunsuz silah alveri ilə məşhurlaşan Ermənistanın baş naziri Nikol Paşinyan erməni ordusunun ərzaq təminatı biznesini də ələ keçirib.

“MediaPost”un Andranik Qevorqyan adlı erməni “Facebook” istifadəçisinə istinadən verdiyi məlumata görə, erməni əsgərlərin qidalanma sahəsini ələ alan baş nazir 32 nəfərin qidadan zəhərlənməsinə səbəb olub.

Andranik Qevorqyan “Facebook” səhifəsində “Orduya xəbərdarlıq edin ki, Nikolun havadarlıq etdiyi “Art – Lunch” şirkəti ordunu zəhərli qida ilə təmin edir, diqqətli olun”, - statusunu paylaşıb.

Qeyd edək ki, sözügedən şirkət Paşinyanın İctimaiyyətlə əlaqələr qrupuna məxsusdur. Ermənistan ordusunu qida ilə təmin edən “Art – Lunch” şirkətinin istehsal etdiyi qidalardan 32 nəfər zəhərlənib.

Bizdən isə erməni xalqına həmişəki kimi məsləhət: “ikinci əl” silahların qanunsuz alveri ilə məşğul olan baş naziriniz övladlarınızı yalnız cəbhədə yox, hətta yeməkxanalarda da öldürür. Bu cür faktları nəzərə alaraq davranmaq isə sizə qalır. Necə deyərlər, təklif bizdən, əməl etmək sizdən.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR