Son Xəbər: Fərid Əhmədov Ər-Riyadda ikinci Beynəlxalq Ədliyyə Konfransında iştirak edib, Naxçıvanda məktəbli qızın ərə verilməsinin qarşısı alındı , Həccə getmək istəyənlərin nəzərinə: Qeydiyyat tez başa çatacaq, İlham Əliyev: Bu gün Türk dünyası özünün yüksəliş dövrünü yaşayır, Hakan Fidan onunla qəza haqda danışdı, Təyyarə siqnal vermədən radarlardan itib, ABŞ-də görüşdülər, Azərbaycan - İslandiya oyununun hakimləri açıqlandı, Azərbaycan hansı ölkələrdən silah alır? - ADLAR, Simonyanın bu sözləri Rusiyanı qəzəbləndirdi,

Düşmən təxribat törətdi: Azərbaycan şəhid verdi - RƏSMİ

Düşmən təxribat törətdi: Azərbaycan şəhid verdi - RƏSMİ

Tarix: 21-09-2020, 11:53

Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində və Ermənistanla dövlət sərhədi istiqamətində vəziyyət düşmən tərəfindən məqsədyönlü şəkildə getdikcə daha da gərginləşdirilir.


Bununla bağlı Müdafiə Naszirliyi bəyanat yayıb.


Bildirilib ki, son zamanlar Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması hallarının artması, təmas xəttinə yaxın yaşayış məntəqələrimizin, mülki əhalinin və infrastrukturun müntəzəm atəşə tutulması, daha iriçaplı silahlardan istifadə olunması, mövqelərimizə qarşı keçirilən kəşfiyyat-təxribat fəaliyyətləri, o cümlədən, pilotsuz uçuş aparatlarının (PUA) geniş tətbiqi cəbhədə vəziyyətin ciddi kəskinləşməsinə səbəb olub.

 

Bütün hallarda Azərbaycan Ordusunun qoşun növlərinin tətbiqi ilə düşmən təxribatlarının qarşısı alınıb və o, ağır itkilərə məruz qalıb. Belə ki, dünən gecə saatlarında Hava Hücumundan Müdafiə bölmələrimizin fəaliyyəti nəticəsində düşmənin daha bir taktiki PUA-sı məhv edilib.

Sentyabrın 21-də saat 09:20 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində isə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Bəyan edirik ki, cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR