Son Xəbər: “Crocus City Hall” terrorunda yaralananların sayı artdı, Qvardiola "Mançester Siti"dən ayrılmaq istəyir, İran bu ölkələri Xəzərə buraxmaq istəmir, Rusiyanın işğal etdiyi ərazilərdə Ukrayna ədəbiyyatına QADAĞA, Aslan Aslanov təltif olundu - FOTO, MİDA-nın vəzifəli şəxsi vəfat etdi, Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək, Bu gecə ilk Qədr gecəsidir, “Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN, Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı,

Şəhid hərbçimiz dəfn edilib - YENİLƏNİB

Şəhid hərbçimiz dəfn edilib - YENİLƏNİB

Tarix: 21-09-2020, 17:08

Cəbhənin Tovuz rayonu istiqamətində dşəhid olan Azərbaycan Ordusunun kiçik çavuşu, 1982-ci il təvəllüdlü Elşən Əli Oğlu Məmmədov dəfn olunub.

Modern.az xəbər verir ki, şəhidin cənazəsi nəşi Tovuz şəhər qəbiristanlığında torpağa tapşırılıb.

***
Şəhid hərbçimiz ilə vida mərasimi keçirilir.

Modern.az-ın məlumatına görə, sentyabrın 21-də saat 09:20 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmətçisi kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.

Şəhidin cənazəsi Tovuz rayonunun Qazıqulu kəndində yaşadığı evə gətirilib. Şəhidlə vida mərasimində Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və rayon ictimaiyyəti iştirak edir.

****

Şəhid Elşən Məmmədovun nəşi evinə gətirilir.

Modern.az xəbər verir ki, bu barədə Tovuz rayonunda yaşayan sakinlər sosial şəbəkələrdə məlumat və fotolar yayıblar.

Məlumata görə, şəhid Elşən Məmmədovun cənazəsi bu gün doğulduğu Tovuzun Qazıqulu kəndində torpağa tapşırılacaq. Hazırda dəfn üçün hazırlıq görülür.

Qeyd edək ki, sentyabrın 21-də saat 09:20 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində isə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub. Elşən Məmmədov Tovuzun Qazıqulu kəndindəndir, 3 oğul övladı var.

<embed src="https://www.facebook.com/plugins/video.php?href=https%3A%2F%2Fwww.facebook.com%2FNewMusavat%2Fvideos%2F687150868570647%2F&show_text=0&width=560" width="560" height="415" style="border:none;overflow:hidden" scrolling="no" frameborder="0" allowTransparency="true" allowFullScreen="true"><embed>




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR