Son Xəbər: Pakistanda binanın çökməsi nəticəsində ölənlərin sayı 11-ə çatıb, Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq, Badamdarda evlərə vahid qiymət qoyulmayacaq, İmaməddin Xəlilov: "Ən böyük hədəfim yenidən paralimpiya və dünya çempionu olmaqdır", Əhməd Vəliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib, İlham Əliyev Əli Əsədovu "Şərəf" ordeni ilə təltif edib, İrəvanda hərəkətdə olan avtomobil partlayıb, Azərbaycan dövlət sərhədini pozan Əfqanıstan vətəndaşları saxlanılıb, Səudiyyə Ərəbistanı Ər-Riyad istiqamətində atılan raketi zərərsizləşdirib, Ağsuda qəza olub, ölən var,

DTX-nin tutduğu rəis həbsdən buraxıldı

DTX-nin tutduğu rəis həbsdən buraxıldı

Tarix: 23-09-2020, 12:32

Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Faiq Bağırov ev dustaqlığına buraxılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, onun vəkili Bəylər Məmişov müvəkkilinin barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi haqda vəsatət verib.

Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyev öncə prosesi təxirə salsa da, sonradan vəsatət təmin edilib və Faiq Bağırov ev dustaqlığına buraxılıb.
F.Bağırov Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham edilir.

Xatırladaq ki, DTX tərəfindən iyulun 7-də keçirilən əməliyyat zamanı Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev saxlanılmışdı.

İyulun 9-da isə Faiq Bağırov məhkəməyə çıxarılaraq haqqında dörd aylıq həbs qətimkan tədbiri seçilmişdi.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR