Son Xəbər: Zelenski Çasov Yara getdi, İlham Əliyev 4 kəndi də qaytardı, 109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH, Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT, “Sərxoş idi deyə “prava”m olmasa da, maşını mənə sürdürdü”, Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV, Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq, Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT, Hindistanda dünyanın ən böyük seçkiləri başladı, ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı,

Bu gün Ermənistan - “Böyük Ermənistan” yaratmaq xülyasıyla yaşayan, etnik terrorizmi maliyyələşdirən və həyata keçirən işğalçı dövlətdir

Bu gün Ermənistan - “Böyük Ermənistan” yaratmaq  xülyasıyla yaşayan, etnik terrorizmi maliyyələşdirən  və həyata keçirən işğalçı dövlətdir

Tarix: 23-09-2020, 16:30

TERRORİZM QLOBAL PROBLEM OLARAQ..

Terrorizm mühüm beynəlxalq problemdir. Terrorizm və terror fəaliyyətinin ən fərqli xüsusiyyəti şiddətdir və şiddət yolu ilə insanlar arasında qorxu və çaxnaşma yaratmaq istənilir. Terror zəiflərin silahı olduğundan ayrı bir dövlət qurmağa meylli olan etnik qruplar buna nail olmaq üçün terrorizmi bir silah olaraq istifadə edirlər.

Elə illərdir Emənistanın Azərbaycan xalqına qarşı törətdiyi etnik terror aktları kimi.. 1988-ci ildən başlayaraq Azərbaycana qarşı həyata keçirdiyi dövlət terrorizmi siyasəti və etnik terror aktları - 31 Mart Soyqırımı, 26 Fevral Xocalı Faciəsi və başqa etnik terror faktları..

BƏS ETNİK TERRORİZM NƏDİR?

Etnik terrorizm çox vaxt müstəqil bir dövlət qurmağı hədəfləyir və ya etnik azlıq üçün ayrıca bir status tələb edir. Elə, bugünlərdə Artsak başqanı Arayik Harutyunyanın Təhlükəsizlik Şurasının 15 sentyabr tarixli ilk iclasında Qarabağ probleminin həlli üçün təqdim etdiyi 7 bəndlik cəfəngiyat kimi!.. Terror təşkilatları, terror yolu ilə müstəqil bir dövlət qurmağın mümkün olmadığını bilsələr də, etnik terror təşkilatları başqa siyasi nəticələr əldə etmək üçün terrorizm fəaliyyətlərini davam etməyi hədəfləyirlər. Bundan əlavə, xarici güclərin maraqlı və dəstəkçi olmaları da, terrorizmin davam etməsində vacib amillərdən biridir.

ETNİK TERRORUN MƏQSƏDİ NƏDİR?

Etnik terror hər zaman bizi və onları cəmiyyətdə fərqləndirilməsini istəyir. Digər tərəfdən dövlət, terrorizmin qarşısını almaq üçün bəzən həyata keçirdiyi sərt əks tədbirlərlə bənzər bir nəticənin reallaşmasına töhfə verə bilir. Təbii ki, terrorla üzləşməmək və ona qarşı çıxmamaq o dövlətə zəif bir imic verir və bu da yenidən terror təşkilatının qeyri-real məqsədinə xidmət edir. Eyni zamanda, əgər, ölkədə bir gruplaşma və ya başqa bir hərəkatın mövcudluğu olmuş olarsa, bu hər bir halda, etnik terrorun işini asanlaşdırır. Buna əlavə olaraq, xarici güclərin dəstəyinin olması terrorizmin asanlıqla varlığını davam etdirməsini və hədəflərinə çatmasa belə, həyatda qalmasına qismən yardım etmiş olur.

ETNİK TERRORLA MÜBARİZƏ YOLLARI..

Demokratikləşmə etnik terrorizmlə mübarizənin ən təsirli yollarından biridir. Eyni zamanda əgər, etnik terrorizmin xarici dəstəkçisi varsa onlara qarşı təhdidlər və bəzi çəkindirici siyasi addımların atılmasına da ehtiyac var. Bundan əlavə, digər ölkələrlə və beynəlxalq təşkilatlarla əməkdaşlıq edilərək, etnik terrorun xarici dəstəyi ortadan qaldırıla bilər. Nəticə etibarilə, etnik terroru törədən tərəflə mübarizə aparan dövlətin haqlı olması kifayət deyil, haqlı olduğunu milli və beynəlxalq səviyyədə çox yaxşı ifadə etməsi mühüm amillərdən biridir. Xüsusilə, insan hüquqları kimi mövzularda beynəlxalq ictimai rəyin həssaslığı, doğruluğun yaxşı izah edilməsini daha da vacib qılır.

ERMƏNİSTANIN AZƏRBAYCAN DÖVLƏTİNƏ QARŞI ETNİK TERRORİZM SİYASƏTİ

Belə ki, terrorizm bir dövlət tərəfindən düşünülmüş və məqsədyönlü şəkildə digər dövlətin ərazisində həyata keçirilən zorakılıq metodudur. Birmənalı olaraq əsas məqsəd, reallıqda təsir göstərə bilmədiyi və ya geosiyasi, siyasi, iqtisadi, ideoloji maraqlar naminə həmin dövləti öz təsiri altına salmaq və ya ümumilikdə məhv etməkdir. Ümumiyyətlə tarixə nəzər salsaq, dövlət terrorizmi elə bir terror aktıdır ki, bu siyasi dövlətlər tərəfindən strategiya formasında işlənib hazırlanır və həyata keçirilir. Məsələn, Ermənistan 1988-ci ildən başlayaraq Azərbaycana qarşı dövlət terrorizmi siyasəti həyata keçirir.

Eyni zamanda, etnik və ya milli terrorizm hər hansı bir dövlətdə yaşayan etnik qrupların, milli azlıqların həyata keçırdiyi terror aktı növüdur. Məsələn, bask seperatçılarının (ETA – “Euskadi Ta Askatasuna - Baskların vətəni və azadlıq”).
Yuxarıda qeyd etdiyim kimi, elə ölkəmiz də müəyyən vaxtda belə terrorun hədəfinə çevrilib. Artıq ikinci yüzillikdir ki, Ermənilər Dağlıq Qarabağ və ətraf ərazilərdə yaşayan azərbaycanlılara qarşı etnik terrora əl atıb.

ERMƏNİSTANIN RƏSMİ DAİRƏLƏRİ TƏRƏFİNDƏN MAALİYYƏLƏŞDİRİLƏN “Daşnaksütyun”, ASALA, MAQ, “Erməni birliyi”, “Erməni Azadlıq cəbhəsi” kimi TERROR təşkilatları və törətdikləri BEYNƏLXALQ CİNAYƏTLƏR..

Hər birimizə məlumdur ki, SSRİ dağıldıqdan sonra müstəqillik qazanmış Ermənistan dövlət səviyyəsində terroru dəstəkləyərək, terrorçuluğu təcavüzkar siyasətinin əsas vasitələrindən birinə çevirib. Ermənistan hökuməti tərəfindən maliyyələşdirilən və bu ölkənin xüsusi xidmət orqanları tərəfindən həyata keçirilən, dinc Azərbaycan əhalisinə qarşı törədilən etnik terrorizm dünyada misli  görünməmiş vandalizmdir.

Elə tarixdə 90-cı illərin əvvələrinə də nəzər salsaq görərik ki,  Ermənistanın rəsmi dairələri “Daşnaksütyun”, ASALA, MAQ, “Erməni birliyi”, “Erməni Azadlıq cəbhəsi” və digər dünyaca məşhur erməni terror təşkilatları fəallarının reabilitasiyası məqsədi ilə genişmiqyaslı kampaniyaya başlamış, onlara sığınacaq verməklə bərabər, normal yaşayış və hərtərəfli şəkildə terrorizm fəaliyyətləri üçün şərait yaratmış, eyni zamanda, müvafiq maliyyə dəstəyi göstərmişlər.

Real fakt olaraq, 1983-cü ilin iyul ayında Parisdə Orli aeroportunda 8 nəfərin ölümü və 60 nəfərin yaralanması ilə nəticələnmiş terror aktına görə ömürlük həbs cəzasına məhkum edilmiş terrorçu Varocyan Qarabedyanın azad olunması üçün Ermənistanda dövlət səviyyəsində imza toplama kampaniyası keçirilmişdir. 2001-ci ilin aprelində Fransa məhkəməsi tərəfindən azad olunan terrorçu Ermənistanda özünə rəsmi sığınacaq tapmışdır.
Məşhur terrorçu, Qərbi Avropada “ASALA-nın inqilabi hərəkatı” adlı qruplaşmasının rəhbəri, 28 noyabr 1985-ci ildə 6 il müddətinə həbs olunmuş Monte Melkonyan 1990-cı ildə Fransa həbsxanasından buraxılaraq Ermənistana gəlmiş və terror fəaliyyətini davam etdirmək üçün buradan Dağlıq Qarabağa göndərilmişdir. M.Melkonyan Azərbaycanın Xocavənd rayonunun işğalı zamanı erməni terror dəstəsinin komandanı olmuşdur. 1993-cü ildə Dağlıq Qarabağda öldürülən terrorçunun Yerevanda dəfn mərasimində rəsmi şəxslər, o cümlədən Ermənistan prezidenti də iştirak etmişdir. O gündən, Ermənistanın milli qəhrəmanı elan olunmuş bu beynəlxalq terrorçunun adı Müdafiə Nazirliyinin diversiya mərkəzlərindən birinə verilmişdir.
Əsas erməni terrorçulardan biri Daşnaksütyun partiyasının “Dro” terror qrupunun üzvü Qrant Markaryan Dağlıq Qarabağda terrorçu dəstələri yaradanlardan və paralel olaraq, Ermənistandan gətirilən silahlar vasitəsilə buradakı terrorçu qrupların silahlandırılmasında fəal iştirak edənlərdən biri olub.

Bununla da bitmir.. Tarixi faktlardan daha biri, 1981-ci ildə Parisdə Türkiyə səfirliyinə basqının təşkilatçısı Vazqen Sislyan 1992-ci ildə Yerevandan Xankəndinə göndərilmişdir. Vazgen Sislyan azərbaycanlılara qarşı terror aktlarının keçirilməsində fəal iştirakına görə prezident Robert Koçaryan tərəfindən “Qarabağ müharibəsinin qəhrəmanı” adına layiq görülmüşdür.

Elə bu gün, əsas faktlardan daha birisi olaraq - Qarabağın dinc azərbaycanlı əhalisinin öldürülməsində, etnik təmizləmə siyasətində Ermənistan xüsusi xidmət orqanlarının himayə etdiyi Əbu Əli və Hilbert Minasyan kimi Yaxın Şərq mənşəli terrorçuların da fəal iştirakını, terror təşkilatçıları kimi himayə olunduqlarını və törətdikləri terrorizm aktlarını xatırlamaq yerinə düşərdi..!

NƏTİCƏ ETİBARI İLƏ..

Qeyd edim ki, hal-hazırda Ermənistanın işğal siyasətinin ifşa edilərək dünya miqyasında tənqid hədəfinə çevrilməsi istiqamətində Azərbaycan tərəfindən atılan addımlar düşmən ölkədə böyük təşviş yaradıb və yaratmağa davam edir.. Elə, bu yaxınlarda Paşinyanın arvadının Azərbaycan Analarına hərbi əməliyyatların dayandırılması üçün 3 dildə etdiyi müraciətdən belə, onların nə qədər çarəsiz vəziyyətdə olduqları açıq-aşkar görünür. Buradan da açıq etiraf edilir ki, Ermənistanın Azərbaycana maneə yarada bilməsi artıq müşkül məsələdir.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin bildirdiyi kimi: “Ermənistan heç vaxt açıq döyüşdə qələbə qazana bilməyib və bilməz!”


Ülkər PİRİYEVA- POLİTOLOQ




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR