Son Xəbər: Bu ölkə Ağdamda məktəb tikəcək, Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - YENİLƏNİB- 2, Yüksək səs-küy, musiqi, vibrasiya: yaşayış binalarında narazılıq yaradan obyektlərlə necə mübarizə aparılmalıdır? - ARAŞDIRMA, Prezident 2 fərman imzaladı, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ilk hərrac keçiriləcək, Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilib, Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB, İsrail ordusu "Hizbullah"ın hərbi obyektlərinə hava və artilleriya zərbələri endirib, Natəmizlikdən yaranan ADƏT – Avropalıların iyunda evlənmək vərdişinin İNANILMAZ SƏBƏBİ, Şimali Makedoniyada prezident seçkiləri keçirilir,

Bakıda DƏHŞƏT: Nənəsini və bibisini qətlə yetirdi - YENİLƏNİB

Bakıda DƏHŞƏT: Nənəsini və bibisini qətlə yetirdi - YENİLƏNİB

Tarix: 24-09-2020, 17:30


Bakıda baş verən dəhşətli qətl hadisəsində ölənlərin şəxsiyyətləri müəyyənləşib. 
Oxu.Az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, qətlə yetirilənlərdən biri qatilin bibisi, 1959-cu il təvəllüdlü Cavadova Tamilla, digəri isə nənəsi Esmira adlı qadın olub. 
İlkin məlumatlara görə, onlar həmin ünvanda birlikdə yaşayıblar. 
Kişi qurbanlarına çoxsaylı bıçaq zərbələri vuraraq, hadisə yerindən qaçıb. 
Onun axtarışları aparılır.
Ramella İbrahimxəlilova
16:21
Bakıda dəhşətli qətl hadisəsi baş verib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində baş verib.
Belə ki, kişi qəsəbənin “D” massivi, bina 27, blok 6-da yaşayan nənəsini və bibisini öldürüb.
Cinayətin hansı səbəbdən və hansı şəraitdə baş verdiyi bilinmir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR