Son Xəbər: Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq, Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV, Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam, Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq, Kirayə evə görə vergini kim ödəməlidir?, Başlıbel faciəsindən 31 il ötür, Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxanın - Fotoları, Türkiyə Livandakı vətəndaşlarına xəbərdarlıq etdi, Qanun Tiflisi AB-dən uzaqlaşdıracaq - Mişel, Brüssel görüşünün təfərrüatları - Ermənistanla bağlı təhlükəli plan - ŞƏRH,

Professora TƏBİB-də vəzifə verildi - FOTO

Professora TƏBİB-də vəzifə verildi - FOTO

Tarix: 25-09-2020, 18:04





Akif İrzaxan oğlu Qurbanov “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) V.Y.Axundov adına Elmi-Tədqiqat Profilaktika İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilib.

Bununla bağlı TƏBİB məlumat yayıb.

Bundan öncə, 2005 – 2011 Azərbaycan Tibb Universiteti, Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasında dosenti, 2012- 2019 Azərbaycan Tibb Universiteti, Təhsilin keyfiyyətinin təminatı və innovasiya şöbəsinin müdiri olaraq çalışıb.

Tibb üzrə elmlər doktoru, professor A.Qurbanov Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 13 iyun tarixli Sərəncamı “Əməkdar müəllim” adına layiq görülüb.

Eyni zamanda, o, Azərbaycan Tibb Universiteti, Elmi Tədqiqat Tədris-Klinik Mikrobiooji Laboratoriya həkimi, Azərbaycan Tibb Universiteti, Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasının professoru, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Ekspert Şurasının üzvü kimi fəaliyyət göstərir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR