Son Xəbər: “Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”, Türk dünyasının deputatları Xankəndidə - FOTO, Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü, AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb, “Bu bizim üçün çox böyük şərəfdir”, “COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”, Nüvə müharibəsi YENİDƏN GÜNDƏMDƏ – “Ən arzuolunmaz ssenariyə hazırlıq gedir”, Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik, Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib, General-mayor vəfat etdi,

Silahlı Qüvvələrə Yardım Fonduna ianələrin köçürülməsi imkanları genişlənib

Silahlı Qüvvələrə Yardım Fonduna ianələrin köçürülməsi imkanları genişlənib

Tarix: 1-10-2020, 17:53




“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu”na ediləcək ianələrin Mərkəzi Bankın operatoru olduğu “Hökumət Ödəniş Portalı” vasitəsilə də qəbulu imkanı yaradılıb.

Mərkəzi Bankdan Oxu.Az-a verilən məlumata əsasən, bütün hüquqi və fiziki şəxslər ölkədə fəaliyyət göstərən bankların və milli poçt operatoru olan Azərpoçt MMC-nin “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunmuş filial və şöbələrində istər nağd formada, istərsə də nağdsız ödəniş alətləri vasitəsilə, o cümlədən portalın internet səhifəsindən (https://gpp.az/sqyf) və mobil tətbiqindən (Android və iOS platformalı) istifadə etməklə 24/7/365 rejimində Fondun hesablarına vəsaitlərini köçürə bilərlər.

Bildirilir ki, Azərbaycan Beynəlxalq Bankında açılmış hesabların rekvizitləri barədə məlumatlar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində (https://mod.gov.az/az/silahli-quvvelere-yardim-fondunun-bank-rekvizitleri-253/) yerləşdirilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR