Son Xəbər: Zelenski Çasov Yara getdi, İlham Əliyev 4 kəndi də qaytardı, 109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH, Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT, “Sərxoş idi deyə “prava”m olmasa da, maşını mənə sürdürdü”, Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV, Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq, Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT, Hindistanda dünyanın ən böyük seçkiləri başladı, ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı,

İlham Əliyev: “Bizdə İranın Ermənistana silahlar göndərməsi barədə hər hansı bir məlumat yoxdur”

İlham Əliyev: “Bizdə İranın Ermənistana silahlar göndərməsi barədə hər hansı bir məlumat yoxdur”

Tarix: 16-10-2020, 18:00


“Bizdə İranın Ermənistana silahlar göndərməsi barədə hər hansı bir məlumat yoxdur”.

Bunu Prezident İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, İran və Gürcüstan öz hava sahəsini və quru yollarını Ermənistana silahların daşınmaması üçün bağlayıb:

“Buna görə bir daha İran və Gürcüstan hökumətlərinə təşəkkürlərimizi bildiririk. Bizdə olan məlumata görə, Gürcüstan ərazisindən mülki şəxslərə məxsus və karqo təyyarələri vasitəsilə gizli şəkildə silah göndərilir. Ermənistan bu yaxınlarda bir təyyarə satın alıb. Onun qiyməti 30-40 milyon dollardır.

Bu təyyarəni alan Rusiyada yaşayan zəngin iş adamlarıdır. Karapetyan, Abramyan və başqaları Rusiyada yaşayan erməniləri muzdlu kimi Qarabağda bizə qarşı vuruşmaq üçün göndərirlər.

Eyni zamanda, L-76 təyyarəsini almaq Ermənistana imkan verdi ki, gizli yollarla o silahları ölkələrinə ötürsün. Çünki hər dəfə hərbi təyinatlı məhsullar göndəriləndə bu, bəyan edilir. Onların bəyanatlarında isə bu, mülki karqodur. Amma bunun içində “Kornet”, “Konkurs”, “İqla”dır.

Bununla yanaşı, bizdə olan məlumata görə, Rusiyadan gizli yollarla alınan raketlər Ermənistana göndərilir. Ona görə biz ICAO-ya (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) rəsmən müraciət etdik ki, bu məsələ araşdırılsın və dayandırılsın. Bu, beynəlxalq cinayət sayılır”.

Prezident bildirib ki, qaçaqmalçılıq yolu ilə Ermənistana silah göndərilməsi qəbuledilməzdir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR