Son Xəbər: TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİB, Paşinyan: İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər, Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb, İddiaçılar Turniri: Nicat Abasov bu gün Hindistan şahmatçısı ilə qarşılaşacaq, Quterreşdən Azərbaycan və Ermənistana - Çağırış, Zelenski Çasov Yara getdi, İlham Əliyev 4 kəndi də qaytardı, 109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH, Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT, “Sərxoş idi deyə “prava”m olmasa da, maşını mənə sürdürdü”,

Ermənilər Qarabağda vuruşan əcnəbi muzdluların meyitinə sahib çıxmır - Anar Eyvazov

Ermənilər Qarabağda vuruşan əcnəbi muzdluların meyitinə sahib çıxmır - Anar Eyvazov

Tarix: 6-11-2020, 18:39

“Ötən sutka ərzində Ağdərə istiqamətində xeyli itki verən düşmən bu itkilərin yerini doldura bilmir, bölmələrin idarə olunmasında problem var”.

Bunu bu gün keçirilər brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib.

A.Eyvazov deyib ki, Ali Baş Komandanın əmri ilə Azərbaycan əsgəri düşmənin 30 il ərzində tikdiyi istehkamları yarır və hədəfə yaxınlaşır: “Əks-hücum şəraitində ordumuzun qarşısında duran vəzifə işğal olunmuş torpaqlarımızı azad etməkdir. Ordumuzun qarşısında tək düşmən deyil, əcnəbi muzdlular da var. Bu döyüşçülər, əsasən, erməniəsilli əcnəbi döyüşçülərdir. Düşmən bu əcnəbi muzdluları qabağa verir, onların meyitinə də sahib çıxmır. Pərakəndə şəkildə fəaliyyət göstərən bu qruplaşmaların döyüşə girməkdən imtina etməsi barədə məlumatlar var. Əcnəbi döyüşçülər də düşmənin tələsinə düşdüyünü dərk etməli və silahı yerə qoymalıdır. Bu gün Azərbaycan əsgəri döyüşdə zəfər qazanır. Qələbə biziməldir!”




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR