Son Xəbər: UEFA “Barselona” klubunu cərimələyib, ABŞ İrana qarşı sanksiyaları genişləndirib, Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH, “İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim, “İrəvandan aydın reaksiya gözləyirik”, Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var, Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq, Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV, Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam, Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq,

“Ulu Vətən” mahnısı yeni nəfəsdə təqdim edilib - VİDEO

“Ulu Vətən” mahnısı yeni nəfəsdə təqdim edilib - VİDEO

Tarix: 9-11-2020, 14:45

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “İTicket” və “Cavan” İctimai Birliyinin təşkilatçılığı ilə sevilən “Ulu vətən” mahnısına Sevda Ələkbərzadə və Türkiyənin məşhur “MaNga” qrupunun solisti Fərman Akgül ilə birgə yeni nəfəs verilərək, klip ərsəyə gətirilib.
Layihə 27 sentyabr tarixindən etibarən başlayanvə Azərbaycanın ərazi bütövlüyünün bərpası, torpaqlarımızın işğal altından azad olunması naminə Ali Baş Komandanın rəhbərliyi ilə uğurla davam edən Vətən müharibəsində zəfər və qələbələrimizə ithafən ərsəyə gəlib. Layihənin yaradıcı heyəti mahnının bu günlərdə xüsusən gənclər arasında müşahidə olunan yüksək vətənpərvərlik ruhunu daha da yaxşı ifadə edərək, bu ruhun saxlanılmasına töhfə verəcəyini bildirmişdir.
Mahnı ilə əlaqədar ölkəmizə səfər edən Fərman Akgül Azərbaycana dəstəyini və sevgisini bu mahnı vasitəsilə çatdırmaq istədiyini bildirib. Türk müğənni “Ulu Vətən” mahnısını əməkdar artist Sevda Ələkbərzadəyə yeni aranjimanda – rok-ballada üslubunda təqdim edib. 
Bəstəsi Zaur Abdullayevə, sözləri Samirə Xasməmmədovaya məxsus olan mahnının ekran işini rejissor İlham Qasımov öz öhdəsinə götürərək, əməyi ilə Vətənə dəstəyini nümayiş etdirib.
İticket və “Base” leyblın birgə hazırladığı layihənin ərsəyə gəlməsində təmənnasız dəstəyini əsirgəməyən “Peachline” şirkətini, A+A EVENTS, stilist Leyla Məmmədovanı və vizaj üçün “Etage by ElnurHasanov”u xüsusi vurğulamaq yerinə düşərdi.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR