Son Xəbər: Zelenski Çasov Yara getdi, İlham Əliyev 4 kəndi də qaytardı, 109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH, Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT, “Sərxoş idi deyə “prava”m olmasa da, maşını mənə sürdürdü”, Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV, Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq, Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT, Hindistanda dünyanın ən böyük seçkiləri başladı, ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı,

Bu gün Xankəndində “dron havası” hökm sürəcək

Bu gün Xankəndində “dron havası” hökm sürəcək

Tarix: 10-11-2020, 11:07

Azərbaycan Ordusunun 40 gündən çoxdur davam edən əks-hücum əməliyyatlarının uğurlu nəticələri göz önündədir. Ötən günlər havanın kəskin şəkildə soyumasının şahidi olduq. Havanın soyumasının hərbi uğurlarımıza mənfi təsir göstərə bilməsi ehtimalı insanlarda narahatlığa səbəb olmuşdu. Müharibə zamanı havanın əlverişli olması əsas amillərdən biridir.

Hazırda işğal altında olan və işğaldan azad edilmiş ərazilərimizdə hava durumu necədir? Qarşıdakı günlər üçün hansı hava proqnozlaşdırılır?

Modern.az saytı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, düşməndən  azad olunmuş Şuşa şəhərində noyabrın 10-da  havanın buludlu və günəşli olacağı gözlənilir. Temperatur 2-10 dərəcə arasında dəyişəcək. Noyabrın 11-də yağıntılı və buludlu olacağı və temperaturun 2-8 dərəcə arasında dəyişəcəyi proqnozlaşdırılır.

Xankəndində noyabrın 10-da hava günəşli və qismən buludlu olacaq, temperaturun 4-13 dərəcə arasında dəyişəcəyi ehtimal olunur. Noyabrın 11-də isə bir neçə dəfə leysan xarakterli yağış yağacaq və temperatur 5-12 dərəcə arasında dəyişəcək.

Laçında noyabrın 10-da hava arabir buludlu və günəşli olacaq, temperatur 1-13 dərəcə arasında dəyişəcək. Noyabrın 11-də isə dəyişkən buludlu olacaq, temperaturun 2-9 dərəcə arasında dəyişəcəyi gözlənilir.

Ağdamda noyabrın 10-da hava şəraiti artan buludlu olacaq və temperaturun 7-16 dərəcə arasında dəyişəcəyi gözlənilir. Noyabrın 11-də isə havanın yağıntılı olacağı, temperaturun 8-15 dərəcə arasında dəyişəcəyi proqnozlaşdırılır.

Xocalıda noyabrın 10-da havanın buludlu olacağı, temperaturun 4-13 dərəcə arasında dəyişəcəyi gözlənilir. Noyabrın 11-də isə hava yağıntılı olacaq, temperatur 5-12 dərəcə arasında dəyişəcək.

Xocavənddə noyabrın 10-da isə hava qismən buludlu, dəyişkən olacaq, temperatur 6-15 dərəcə arasında dəyişəcək. Noyabrın 11-də əsasən buludlu və yağıntılı olacağı proqnozlaşdırılır. Temperatur 7-15 dərəcə arasında dəyişəcək.

Kəlbəcərdə noyabrın 10-da isə hava qismən buludlu, yağıntısız olacaq, temperatur -1+11 dərəcə arasında dəyişəcək. Noyabrın 11-də hava buludluolacaq, dolu düşəcəyi proqnozlaşdırılır. Temperatur -5+7 dərəcə arasında dəyişəcək.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR